Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Əliyevdən məhkəmə sədrinə yeni ittihamlar


2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, 2007-ci ildən etibarən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş və bu ilin fevral ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinə xitam verilmiş sabiq hakim Həsən Əliyev ona qarşı aparılan bu oyunların arxasında dayanan şəxslərin məqsədlərini açıqlayıb.


Virtualaz.org saytına danışan keçmiş hakimin sözlərinə görə, 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində işə başladığı gündən məhkəmə sədri Mahmud Nəbiyevlə ulduzları heç cür barışmayıb. 

Buna səbəb isə guya Həsən Əliyevin məhkəmə sədrinin kreslosuna göz dikməsi olub. Elə sabiq hakimə qarşı aqressiyanın kökündə də bu məsələ dayanıb.

Bəzi mənbələrin H.Əliyevi ədliyyə nazirinin kadrı kimi qələmə verməsi isə münasibətləri daha da korlayıb. Yeni gələn hakimin nazirə yaxın olması barədə deyilənlərə əsasən hər an onun yerinə keçməsi ehtimalı məhkəmə sədrini rahat buraxmayıb. Hətta bəzi qaynaqlarda sabiq hakimin “vurulması”na səbəb kimi məhz bu amil önə çəkilib.

H.Əliyevin dediklərindən: “Mahmud Nəbiyev öz davranışı ilə hakim dostlarımı, texniki işçiləri də məndən çəkindirməyə çalışırdı. Həmin şəxslər mənimlə ünsiyyət qurmaqdan çəkinirdilər. Məni bir növ qaralamışdı. Hər vəchlə məni gözdən salmağa çalışırdı. Hakim səlahiyyətlərimə xitam veriləndən sonra şəxsi əşyalarımı aparmaq üçün kabinetin açarının birini özümdə saxlamışdım. MTN-ə verdiyim səs yazısından sonra məni cəzalandırmaq  tapşırığı gəlmişdi. Mənim qapım möhürləndi, Mahmud Nəbiyev sanki orada bir xof yaratdı.

Qeyd edim ki, qapı yalnız istintaq zamanı möhürlənə bilər. Mahmud Nəbiyev isə məhkəmənin texniki işçisinə göstəriş vermişdi ki, Həsən Əliyev özü gəlməyincə əşyalarını vermə. Sonra mənə zəng vurub dedi ki, gətir vəsiqəni qaytar. Dedim mən vəsiqəni Ədliyyə Nazirliyinə verməliyəm. Cavabında “rəhbərlik mənə tapşırıb” dedi.

Əminəm ki, Ədliyyə Nazirliyindən ona heç kim belə tapşırıq verməmişdi. Bəs Mahmud Nəbiyevin rəhbəri kim idi? Bax, müəmmalı olan budur.

Mən yalnız əməkhaqqına işləyən hakim olmuşam. 7 il ərzində çıxdığım işlər hamısı analoji işlər olub. Bəraət hökmü çıxardığım işlər də olub. Prokurorluq protest verməsinə baxmayaraq bəraət verdiyim işlər öz gücündə qalıb”.

Digər tərəfdən, sabiq hakimin həm də baş prokurorun yerinə iddialı olması barədə söz-söhbətlər dolaşıb. Bundan H.Əliyevin özünün də xəbəri olub və buna təəccüblənib: “Mən kiməm ki, kiminsə yerinə göz dikim? Bəlkə də Mahmud Nəbiyevin yerinə ola bilərdi. Amma Zakir Qaralovun yerinə keçmək istəyi yatsam heç yuxuma da girməzdi”.

Sabiq hakimin dediklərinə görə, bəzi KİV-lərdə onun barəsində həqiqətə uyğun olmayan yazıları dərc etdirən, onlara maliyyə dəstəyi verən şəxslər Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinin rəisi Hikmət Usubovla Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevdir: “Mən yalan danışmıram. Əməllərimdə iynə ucu boyda qüsur axtaran Mahmud Nəbiyev öz gözündə tiri görmür, görmək istəmir. Onun kürəkəni barəsində 20 milyonluq maxinasiya üzrə il yarım-iki ildir iş gedir. Onu ört-basdır elədi. Axı əməllərimdə nə vardı ki, məni bu cür tələyə saldılar, cinayət işi quraşdırdılar?! Hər şeyin sifariş olduğu məlum idi. Bu, bir oyun idi. Ədliyyə naziri Fikrət Məmmədov ədaləti qoruyan insandır. Əgər o olmasaydı, görün nələr baş verərdi. O insanın varlığı çox şeylərin qabağını aldı”.

H.Əliyevin sözlərinə görə, ona 600 min manat rüşvət ittihamı irəli sürən Ramazan Səlimovun pulunun dəyərini ödəmək məqsədi ilə 18 avqust, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsində oğlu Vüqar Əliyevə mərhum anasından miras qalmış mənzilin üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarılıb: “Nəsimi Rayon Məhkəməsinin 8 sentyabr tarixli qərarı ilə digər oğlum Tural Əliyevin adına olan 3 min manatlıq “Niva” markalı maşının üzərinə həbs qoyulub. Məgər mənim oğlum özünə maşın ala bilməz? Həyat yoldaşımın adına olan əmlaka da həbs qoyulub. Hakimlər bu cür qərarları sifarişlə çıxarırlar. Bunu özləri də etiraf edirlər. Belə qərarlar çıxarmağa göstəriş verən qara qüvvə kimdir? Onlara təbii ki, məhkəmə sədri tapşırıq verir. Yaxşı, məhkəmə sədrinə sifarişi kim verir? Bax, məsələ bundadir. Əgər söhbət cinayət işində olan cinayətdən gedirsə, mülki qaydada əmlak üzərinə həbs qoymaq nə deməkdir? Əmlak üzərinə mülki qaydada həbs qoyurlarsa, onda bu cinayət işi nə deməkdir? Hal-hazırda o qərardadların apelyasiyada ləğvi ilə məşğulam. Konstutisiyaya görə, hər kəsin əmlakı toxunulmazdır. Ata oğula, oğul ataya görə cavab verməməlidir. Yəqin bu təqib belə davam edərsə, deməli, mənim bacım, qardaşlarım, digər qohumlarım da əmlak həbsinə məruz qalacaqlar...”

Xatırladaq ki, H.Əliyevin səlahiyyətlərinə xitam verildikdən təxminən 5 ay sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyev bu cinayət işi üzrə yeganə təqsirləndirilən deyil, onunla yanaşı daha iki nəfər var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Hər iki şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib.

Həsən Əliyevə verilən ittihamın mahiyyəti ondan ibarətdir ki, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Bu məbləğ milli valyuta ilə hesablanaraq təxminən 800 min manata bərabər sayılıb.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla R.Səlimovdan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar