Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həştərxan şəhərində “Bilik günü” ilə bağlı tədbir keçirilib - Foto


Rusiya Federasiyasının Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 saylı orta ümumtəhsil məktəbində 1 sentyabr – “Bilik günü” ilə əlaqədar silsilə tədbirl keçirilib


Əvvəlcə Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önündə bilik günü ilə əlaqədar təntənəli mərasim təşkil olunmuşdur. 

Mərasimdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuşlar. Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, Ümumrusiya AzərbaycanKonqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Həştərxan şəhər rəsmilərinin, Həştərxandakı Azərbaycan diasporası nümayəndələrinin, məktəbin müəllim-şagird kollektivi və valideynlərin qatıldığı tədbirdə şagirdlərin ifasında bədii kompozisiya nümayiş etdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbdə yeni tədris ilinin ilk dərsləri dahi rəhbərin mənalı ömür yolu və fəaliyyətinə həsr olunmuş, şagirdlərə onun həyat və fəaliyyəti barədə geniş məlumat verilərək, maraqlı videoçarx, eksponatlar, foto və kitablar nümayiş etdirilmişdir. Dərslərdə həmçinin Azərbaycan nümayəndə heyəti iştirak etmiş və şagirdlərə Heydər Əliyev Fondunun adından hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, yeni tədris ili ərəfəsində sözügedən məktəbdə Azərbaycan tərəfindən cari təmir işləri aparılmış, ətraf ərazi abadlaşdırılmış, məktəbin tədris prosesinə hazırlıq vəziyyəti yoxlanılmışdır.

Eyni zamanda, Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən orijinal layihə əsasında və müasir memarlıq üslubunda yeni uşaq bağçasının inşası yekunlaşmaq üzrədir, hal-hazırda son tamamlama işləri aparılır və cari ilin sentyabr ayının sonunda açılışı planlaşdırılır. 








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar