Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həştərxanda “son zəng“ keçirildi


Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə son zəng tədbiri keçirilib.


Mayın 25-də Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə dərs ilinin bitməsi ilə əlaqədar son zəng tədbiri keçirilib. 

Təntənəli mərasimdə Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, ictimaiyyətin nümayəndələri, valideynlər, vaxtilə həmin məktəbdə çalışmış muəllimlər və şagirdlər iştirak ediblər. 
D.Afanasyev Heydər Əliyev adına məktəbin yenidən qurulması, əlavə yeni tədris korpuslarının inşası və bütün lazımi avadanlıqlarla təchiz edilməsinin Həştərxan vilayəti və Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlığın nəticəsi olduğunu qeyd edərək, məzunlara vahid dövlət imtahanını müvəffəqiyyətlə verməyi və ölkənin ali təhsil müəssisələrinə daxil olmağı arzulayıb.

Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov müəllimləri, şagirdləri və onların valideynlərini tədris ilinin başa çatması münasibəti ilə təbrik edərək, müəllimlərə sağlamlıq, yaradıcılıq işlərində müvəffəqiyyətlər, bu təhsil ocağını bitirən gənclərə isə Heydər Əliyev adına məktəbin məzunu adını gələcək həyat yollarında şərəflə daşımağı arzulayıb.

Məktəbin direktoru Tatyana Tixomirova öz çıxışında bu ilin məzunlarının Heydər Əliyev adına məktəbin 5-ci yubiley buraxılışı olduğunu deyərək,  məktəbin yenidən qurulması və ona yeni həyat bəxş etdiyi üçün Heydər Əliyev Fonduna öz dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, bu il sözügedən məktəbi 11-ci siniflər üzrə 21 məzun, 9-cu siniflər üzrə isə 58 məzun bitirib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar