Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin Hafiz Əsədlə görüşü: O, Dəməşqi müharibədən necə xilas edib?


Azərbaycan xarici siyasətinin Suriya vektoru analiz üçün maraqlı predmetdir. Yaxın zamanlara qədər Azərbaycanın Suriya böhranında hansısa iştirakı fantastik görünürdü. Bakının xarici siyasəti özünün əsas tərəfdaşları tərəfindən böyük risqlər və kskin ziddiyətlərlə toqquşma yarada bilərdi


Rusiyalı analitiklər son vaxtlar Bakının Suriya böhranının həllində iştirak imkanlarını araşdırırlar.

PİA.AZ bildirir ki, Rusiyanın “moscow-baku” monitorinq və analiz portalı bununla bağlı hazırladığı təhlildə maraqlı məqamlara toxunub.

Bakı Suriya “yolayırıcında” qalıb

Təhlildə qeyd olunur ki, Bakının müttəfiqlərinin və qonşularının Suriya böhranında tutduğu mövqe tam bir - birinin əksinədir. Məsələn,  Ankara hesab edir ki, Bəşər Əsəd islamçı dəstələrdən müxalifətə zərbə vurmaq üçün istifadə edir. Buna misal olaraq, hökümət ordusunun şəhər və yaşayış məntəqələrini döyüşsüz tərk edərkən silah anbarlarını və texnikanı orada qoyduqlarını göstərirdi. Həmçinin Ankara suriyalı kürdlərin İraq və Türkiyə kürdləri ilə birləşərək yeni Kürdüstan yaratmağına imkan vermək niyyətində deyil. Odur ki, uzun müddət İŞİD-lə “gizlənpaç” oynayan Ankara sonda koalisiyaya qoşularaq kürdləri bombalamağa başladı. ABŞ isə İŞİD-ə qarşı uğurla döyüşən kürdlərə silah göndərməkdən imtina etdi: “Tehran isə, əksinə, Suriyada hazırkı hakimiyyətin saxlanmasına çalışır. Bəşər Əsəd Tehranın Yaxin Şərqdə ən sadiq müttəfiqidir. İran nizami ordu hissələri Suriya ərazisində mövcuddurlar. Bundan başqa, Dəməşqə “Hizbullah”ın silahlı qrupları da gəlib. Belə ehtimal olunur ki, Tehran özünün elit hissəsi olan İslam Keşikçiləri Korpusunu da Suriyaya göndərir”.

Təhlildə qeyd olunur ki, bu ziddiyətlərdə dini faktor da rol oynayır. İran doktrinası şiələri dəstəkləyir. (Bəşər Əsəd suriyalı ələvilərin lideridir). Türkiyə sünni ölkəsidir. Öz növbəsində Ankara Əsəd rejiminə qarşı tarixi-siyasi dözümsüzlük nümayiş etdirir.

Təhlildə Azərbaycan-Suriya münasibətlərinin hazırkı dövrünün o qədər də isti  olmadığı vurğulanır: “Belə bir vəziyyətdə Bakı böhranın həlli üçün müxtəlif yanaşmaların yolayırıcında qalır. Yaddan çıxartmaq olmaz ki, Azərbayacnın dini cameəsi də sünni və şiə məzhəblərinin sintezindən ibarətdir. Nəzərə alsaq ki, Bakının Suriya ilə hansısa makroiqtisadi maraqları yoxdur, ona görə də Azərbaycan Dəməşqlə münasibətlərini öz daxili siyasi sabitliyinə qurban verməli oldu. Bu, “balansa riayət” siyasəti idi. Hesab etmək olar ki, Azərbaycan-Suriya əlaqələri və iki ölkənin mümkün potensial layihələri müharibə və münaqişələr üzündən arxa plana atılıb”.

 


Heydər Əliyev Suriyada vətəndaş müharibəsini necə saxladı?  

Halbuki, Azərbaycanla Suriya arasında ciddi və qarşılıqlı maraqları təmin edən münasibətlərin əsası hələ SSRİ zamanında mərhum Heydər Əliyev tərəfindən qoyulub.

Təhlildə maraqlı tarixi faktlar öz əksini tapıb. Onlardan biri mərhum prezident Heydər Əliyevin Yaxın Şərq siyasətindəki roluna aiddir.

Belə ki, 1984-cü ilin əvvələrində Sov.İKP-nin Siyasi Bürosu SSRİ DTK-ının Suriyadakı vəziyyətlə bağlı baş katib Yuri Andropov üçün hazırladığı məruzəni müzakirə edib.

DTK-nın məruzəsində qeyd olunurdu ki, kəşfiyyat Suriya prezidenti Hafiz Əsədlə Suriya məxfi informasiya xidmətinin rəhbəri olan qardaşı Rifat arasında qarşıdurma olduğunu bildirib. Son dərəcə kəskin münasibətlər fazasına qalxan bu qarşıdurma Suriyada kütləvi qarşıqlıq yarada və vətəndaş müharibəsinə apara bilər.   

Kremldə bu gün olduğu kimi, o vaxt da Suriyada hakimiyyətin dəyişməsinə imkan vermək fikrində deyildilər. Çünki Hafiz Əsəd SSRİ ilə sıx əməkdaşlığın tərəfdarı idi.

Siyasi Büro məsələni həll etmək üçün SSRİ Nazirlər Sovetinin birnci müavini Heydər Əliyevi xüsusi vasitəçilik missiyası ilə Suriyaya göndərmək qərarına gəlir. O zaman H.Əliyev SSRİ Nazirlər Sovetində SSRİ-nin islam ölkələri ilə əlaqələrini kurasiya edirdi.  

Lakin bu qərar baş katib Yuri Andropovun vəfat etməsi üzündən bir ay gecikir. Bir aydan sonra Heydər Əliyev xüsusi missiya ilə Dəməşqə gəlir.

Sonralar bu səfər barədə danışan Heydər Əliyev deyib ki, Hafiz Əsəd xəstəliyi üzündən səhhəti çox yaxşı olmasa da, onların görüşü rekord müddətdə - 8 saat davam edib.

Heydər Əliyev Hafiz Əsədi güzəştə getməyin vacibliynə inandırıb və hadisələrin silahlı qarşıdurmaya çıxmasının qarşısını alıb. Nəticədə Əsəd qardaşları razlığa gələ bilib: Rifat Avropaya getməli olub.

Təhlildə vurğulanır ki, Heydər Əliyevin Siyasi Bürodakı fəaliyyəti zamanı apardığı şərq diplomatiyası layiqincə qiymətini almayıb: “Bir sıra qərb KİV-ləri o zaman yazırdılar ki, Əliyev ali sovet hakimiyyətində olan yeganə müsəlmandır. ( “Naxçıvanda, şiə ailəsində doğlub” yazırdılar) H. Əliyev Pakistandan tutmuş Misirə qədər baş verən proseslər barədə tam məlumata malik şəxs idi. Hətta deyirdilər ki, Andropovun dəyişikliklərlə bağlı mümkün ssenarisində Əliyev mühüm rol alacaq. Heydər Əliyevin diplomatik missiya ilə Misirə, Liviyaya, Pakistana, İordaniyaya, İraqa qapalı səfərləri olmuşdu. O, bu ölkələrin ən mühüm problemlərini onların dövlət başçıları ilə müzakirə edirdi”.



 
Suriya Azərbaycan qazını hansı ölkələrə çxartmalı idi?

Təhlilçilərin fikrincə, Azərbaycanın müstəqlilliyi illərində Heydər Əliyevin bu “islam xətti” yeni çalarlarını aldı. Suriya ilə münasibətlər digər tərəfdaş ölkələr kimi sürətlə olmasa da, sabit əsasda inkişaf edirdi.

2010-cu ildə Suriya-Azərbaycan birgə hökümətlərarası komissiya çərçivəsində Azərbaycan qazının alınması üçün 20 illik sazişi imzalamaq mümkün oldu. Memorandumun şərtlərinə görə, Suriya 1-1,5 milyardlıq Azərbaycan qazını Gürcüstan və Türkiyə, daha sonra Suriya üzərindən tranzitlə digər ərəb ölkələrinə idxal etməli idi.

İndi, yəqin ki, bu məlumat Suriyanın uzaq dinc dövrünün bir əks-sədası kimi səslənir.  Ancaq 2012-ci ildə Türkiyə və Suriya qaz xəttinin birləşdirliməsi planlaşdırılırdı. Bundan sonra Azərbaycan qazının Suriyaya idxalı başlanmalı idi.

Yeri gəlmişkən, Suriya böhranının bir konspiroloji versiyasına görə, münaqişənin kökündə Fars Körfəzi ölkələrinin Əsədin devrilməsi ilə Avropaya yeni qaz xətti dəhlizini əldə etmək cəhdi durur. 

Yekunda təcridlə üzləşən Suriya artıq Bakının dəstəyinə bel bağlaya bilmədi.

Rəsmi Bakının bugünkü mövqeyini təhlil edən şərhçilərin fikrincə,  Azərbaycan bu böhrandan ən maksilmal həddə uzaq durmağa çalşır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında rəhbərliyi zamanı (2012-13) rəsmi Bakı Suriyada vəziyyətin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu açıqlamışdı. Lakin eyni zamanda beynəlxaq ictimaiyyətin təzyiqi ilə Suriyada insan haqları ilə bağlı qətnaməni dəstəkləməli oldu. Bu qətnamə isə Əsədə qarşı sanksiyaları gücləndirmək vasitəsi idi.   




Putinin Suriyada koalisiya təklifi MDB dövlətlərinə ünvanlanıb

Putinin Suriya böhranına hava qüvvələrinin gücü ilə müdaxiləsi böhran ətrafında olan geopolitik mövqeyi ciddi şəkildə dəyişib: “Moskvanın təklif etdiyi yeni formatlı koalisiyada islam dövlətlərinə stavka edilir. Bu təşəbbüs həm qlobal islam dünyasına, həm də MDB dövlətlərinə ünvanlanıb.  Mümkün hərbi koalisiyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Rusiyanın planetin digər yerində olan bir sıra ənənəvi müttəfiqlərindən təşkil olunacağı istisna edilmir”.

Bu koalisiyanın yerüstü əməliyyatlar perspektivi barədə danışmaq tez olsa da, siyasi koordinasiya artıq mövcuddur. Ancaq diplomatik müstəvidə Rusiyanın tərəfdaşlarının, əsasən də KTMT xətti ilə ciddi məhdudiyyətləri var.  Belə ki, Rusiyanın müttəfiqləri hələ ki, öz daxili sabitliklərini riskli xarici siyasətə qurban vermək fikrində deyillər. Bu nəticə həmçinin Azərbaycanın Rusiya təşəbbüsündə iştirakında mümkünlüynə də aiddir: “Başqa məsələdir ki, Bakı RusiyaABŞ-ın daha geniş şərtlər daxilində müzakirə edəcəyi Əsədin taleyi və Dəməşqlə bağlı  güzəştləri içində özünün yeni iştirak imkanlarını tapa bilər".  

Bakı Yaxşın Şərq üçün "humanitar körpü" rolunda

Təhlildə yazıldığına görə, Bakı regionda humanitar körpü rolunu oynamaqla daimi donora çevrilə bilər: "İkinci məsələ AzərbaycanRusiya kəşfiyyatının fəaliyyətinin koordinasiya olunmasıdır. Son illərdə bu sahədə artıq xeyli müsbət təcrübələr var. Belə ki, hər iki tərəfin əməkdaşlığı ilə Azərbaycanda və Şimali Qafqazda sabitliyi pozmaq istəyənlərə qarşı birgə əməliyyatlar keçirlib".  

“Nəhayət, Bakı üçün Heydər Əliyevdən qalmış daha bir irs də var: Əsədlə digər ölkələrə vəziyyəti normallaşdırmaq üçün vasitəçilik imkanlarını təklif etmək. Qeyri-rəsmi komunikasiya kanalı olmaq... Heydər Əliyevin Hafiz Əsədlə bağlı qalmaqalı uğurla həll etməsini Dəməşqdə indi də minnətdarlıqla xatırlayırlar. Öz növbəsində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası müxtəlif vektorlar arasında balans yaratmaq ustalığını əhəmiyyətli dərəcədə gücləndirib”,- deyə təhlildə vurğulanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar