Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əsədov 10 obyekti bağladı


Kənd Təsərrüfatı Nazirliyi 10 müəssisənin fəaliyyətini qadağan edib.


Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Fitosanitar Nəzarəti Xidməti respublikanın müxtəlif bölgələrində bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə monitorinq keçirib.

Yoxlama zamanı bəlli olub ki, müəssisələrdə   700 kiloqramdan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələr satılır. Həmin maddələrin  satışı qadağan etdirilərək, dövriyyədən çıxarılıb,10 müəssisənin fəaliyyəti isə dayandırılıb.

Nazirlikdən onu da qeyd ediblər ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə” prezidentin 11 iyul, 2014-cü il tarixli, 228 nömrəli  fərmanına əsasən, qeyri-dövlət fıtosanitar xidmətləri, o cümlədən bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılması xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən fəaliyyət növlərinin siyahısına daxil edilib.            

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr, 2014-cü il tarixli, 319 nömrəli qərarı ilə  bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.

Onu da qeyd edək ki, FAO-nun hesablamalarına görə, dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafızə vasitələrinin təqribən 30 faizi beynəlxalq keyfiyyət standartlarma cavab vermir. Bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfıyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və s. kimi amillər aşağı keyfıyyətli məhsul istehsalına gətirib çıxarır.   

Bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi zamanı tələb olunan əlavə şərtlər fıziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fıtosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarmın tələblərinə riayət edilməsinə şərait yaratmağa hesablanıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar