Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əsədovun Qor Xeçoyanla hansı işbirliyi var?

Kənd Təsərrüfatı naziri erməni biznesmenin «Meqavet» şirkətindən vaksin alırmış


Azərbaycanda bəzi məmurların ermənilərlə, hətta Ermənistanla əlaqələr qurduğuna dair iddialar hələ xeyli əvvəldən var. 

Hətta vəzifə başında erməni əsilli qadınlarla evli olan yüksək çinli məmurların olduğu da deyilir. Lakin indiyə qədər rəsmi qurumlar bunu təsdiqləmirlər. Hətta isbata gərəyi olmayan halları belə. 

PİA.AZ Politika.az-a istinadən xəbər verir ki, ermənilərlə ciddi iş birliyi içində olan daha bir məmurun adı üzə çıxıb. Məlum olub ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun da düşmən xalqın nümayəndələri ilə sıx əlaqələri varmış. Belə ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər sırasında olduğu isə təsdiqə ehtiyacı olmayan məlumatlardandır. 

Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Saytın dəqiqləşdirmələrinə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır. 

Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi isə gürcüdür. Pata Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi mallara görə ƏDV ödəməkdən azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə pulların həcmini daha artırmaqdır. 

Məlumatda deyilir ki, Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi kimi faizlər alır. “Bununla bağlı əlimizdə ciddi faktlar var və ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Həmin sənədlərdə aşkar şəkildə hansı banklarda nə qədər pulun olduğu, aylıq və illik nə qədər faizlər alındığı qeyd olunub”. 
Daha sonra qeyd edilir ki, KTN rəhbəri hətta Dünya Bankına da kələk gəlməyə başlayıb. “Belə ki, bankın layihəsi əsasında ayrılmış maliyyə vəsaitləriylə REV 1 vaksinləri alınmalıdır. Lakin nazirlik vaksinlərin satınalması üzrə keçirilən beynəlxalq tenderdə ciddi qanunsuzluqlar edib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar