Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət Tarif Şurasına görə büdcəyə dəyişiklik etdi


Samir Şərifov: “Gəlir və xərclər 300 milyon manat artırılıb”


“Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərini differensiallaşdırması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 milyon manat artırılıb”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdəki dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılması təklif olunur: “Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88 faiz, xərcləri isə 1,81 faiz artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat - o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat - məbləğində nəzərdə tutulur”. 

Yeri gəlmişkən, bununla da Tarif Şurasının son bahalaşma qərarına yenidən baxılması barədə gözləntilərin özünü doğrultmadığını demək olar. 

S.Şərifov onu da deyib ki, 2017-ci ilin dövlət büdcəsi zərfi əvvəlki illərlə müqayisədə öz yığcamlığı ilə fərqlənir. Ancaq onun dediyinə görə, büdcə zərfi iqtisadi artımın həyata keçirilməsi üçün zəmin yaradacaq. Maliyyə naziri deputatları büdcə zərfinə səs verməyə çağırıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar