Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət adamlarının siyahısından çıxarıblar

HACIBALA ABUTALIBOV NİYƏ “GÖRÜNMƏZ” OLUB? – Hökumət adamlarının siyahısından çıxarıblar


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov son aylar yalnız rəsmi tədbirlərdə və Azərbaycana gələn yüksək vəzifəli xarici qonaqlarla ara-sıra birgə görünür.

Adətən Bakının payız və qış problemləri ortaya çıxanda qollarını çırmalayıb küçələrə çıxan Bakı “qradonaçalnik”i efirdən də uzaq düşüb. Son günlər aramsız yağan yağışlar paytaxtda ciddi problemlər yaradanda da Abutalıbov nə küçələrə çıxdı, nə efirə…Dövlət Müstəqilliyi günü ilə bağlı Heydər Əliyev Mərkəzində oktyabrın 17-də keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə yanaşı əyləşmiş Bakı meri xeyli fikirli görünüb.

Kabinet məmuru obrazı yaraşmayan Abutalıbovun qəfil belə “görünməz” olmasının səbəbləri haqda ilginc iddialar var. Məlumata görə, iş gününü də daha çox  meriyadakı kabinetində keçirən Abutalıbov demək olar ki, şəhərə çıxmır, yalnız iclas olduqda yaxınlıqdakı Prezident Administrasiyasına gedir. Hər ay iki dəfə (cümə günləri) olan qəbul günlərində də onu müavinləri və ya idarə rəhbərlərinin əvəz etdiyi deyilir. Bu isə Abutalıbovun Bakının idarəçilik sistemində kənarlaşdırılması barədə ehtimallara rəvac verib. İddialar var ki, Abutalıbovu AzTV-yə növbə ilə çağırılan “Günün nəbzi” proqramında da hökumət adamlarının sıyahısından çıxarıblar.



Bu ilin may ayının 13-də 72 yaşı tamam olan Abutalıb  icra başçıları arasında ən yaşlılardan biridir. 15 ildir ki, Bakıya rəhbərlik edən Abutalıbovun vəzifəsindən daha “ikiəlli yapışmağının” faydası olmadığı və səlahiyyətlərinin ən gəlirli hissəsindən məhrum edilməsi ilə barışdığı deyilir. 
 


Məlumdur ki, Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınaraq yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunur. Paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı məsələlər də BŞİH səlahiyyətlərindən çıxarılır. Milli Məclis isə ötən gün mediada “Abutalılbovun biznesi” adlandırılan uşaq bağçalarının özəlləşdirilməsi məsələsini gündəmə gətirib. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bağçaların özəlləşdirilməsin nəzərdə tutan “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsini müzakirəyə  göndərib.



2011-ci ildən BŞİH-in səlahiyyətlərinə verilən bağçalardakı rüşvətxorluq və özbaşınalıq halları haqda dəfələrlə yazılıb. Bağçaların özəlləşdirilməsi Abutalıbovun daha bir gəlirli sahəyə nəzarəti itirməsi  demək olacaq.
Qeyd edək ki, tikinti ilə bağlı sənədləşmənin sadələşdirilməsi ilə bağlı prezidentin imzaladığı son bir neçə sərəncamlar da Abutalıbovun “əl-ayağını” xeyli toparlayıb. Bakı meri indi tikintidə də əvvəlki hökmranlığı qalmayıb.



Ehtimal etmək olar ki, Abutalıbov mer kreslosunda son payızını yaşayır və yaxın aylarda onun şəhər təsərrüfatı idarəçiliyindən birdəfəlik ayrılacağını gözləmək lazımdır(musavat.com).  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar