Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumətdən milli QHT sektoruna qarşı ikinci hücum dalğası başlayır?


Fuad Ələsgərov yeni adlar çəkdi, hədələdi; Mehman Əliyev: “Onlar istəyir ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırılmamış heç bir layihə həyata keçirilməsin...”


Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad ƏləsgərovAzərbaycan” qəzetinə müsahibə verib.

Müsahibədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qanun pozuntuları, maliyyə yeyintiləri ilə bağlı ilginc detallar var.F.Ələsgərov müsahibəsində deyib ki, vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti tam şəffaf deyil və burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir.

O, iddialarına aydınlıq gətirmək üçün misal da çəkib. Deyib ki, “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant müqaviləsinə əsasən təxminən 358 min AZN məbləğində vəsait alıb: “Qanunvericiliyə görə, qrant alınmasına dair müqavilələr qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin yuxarıda adını qeyd etdiyim təşkilat bağladığı 9 qrant müqaviləsinin yalnız ikisini qeydiyyatdan keçirib. Başqa bir misal kimi Sülh və Demokratiya İnstitutunu göstərmək olar. Beş il ərzində bu təşkilatın rəhbəri Leyla Yunus təsisçisi olmadığı ”Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının hesabından müxtəlif valyutalarda külli miqdarda vəsait çıxarıb və bundan şəxsi məqsədləri üçün istifadə edib. 

Təəssüf hissi ilə qeyd etməliyəm ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər". 

Ələsgərov bu sahədə digər hüquq pozuntularından da danışıb. Deyib ki, bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər: “Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsi göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər”.

PA rəsmisi konkret adlar da çəkib, deyib ki, Milli Demokratiya İnstitutu tərəfindən NİDA gənclər hərəkatının maliyyələşdirilməsi buna misaldır. O, daha sonra Meydan TV haqqında danışıb: “Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən Meydan TV-yə təxminən 300 min ABŞ dolları məbləğində qrant ayırıb. Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir".

Göründüyü kimi, burda milli QHT-lərə qarşı yeni bir hücumun dalğası hiss edilir. F.Ələsgərov səviyyəsində, xüsusən də konkret qurumların adının çəkilməsi nədən xəbər verir? Yeni hücum kampaniyası nə zaman başlana bilər? “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, yeni hücum dalğasından söhbət gedə bilməz. Çünki ortada “dalğa predmeti olacaq” heç nə qalmayıb: “QHT-lərin üstündən sunami keçib və onları dağıdıb. Meydan TV-nin adının çəkilməsi də təsadüfi deyil. Çünki QHT-lərin fəaliyyətini məhdudlaşdırırlar. Amma xaricdə olan siyasi mühacirlərdən ibarət olan xeyli adam xaricə qaçıb gedib. Onlar orada hansısa təşkilatlar yarada, hökumətə qarşı iş apara bilər. Daha çox Azərbaycanın hüdudlarından kənarda olan, yarana biləcək təşkilatların fəaliyyətini məhdudlaşdırmaq istəyirlər. 

Onlar bu danışıqları Qərblə aparacaqlar ki, belə fəaliyyətə yol verməsinlər, xaricdəki Azərbaycanla bağlı təşkilatlara qrantlar ayrılması”.

M.Əliyev hesab edir ki, məlum rəqəmlərin açıqlanması ictimai rəyə hesablanıb: “Onlar bununla demək istəyirlər ki, bu vəsaitlər real olaraq şəxsi məqsədlər üçün işlədilib, Azərbaycan hökumətinə qarşı qərəzli iş aparılıb. Ancaq maliyyə stimulları vadar edib ki, bunlar vuruşsunlar”. Müsahibimizin sözlərinə görə, Meydan TV-ni sadəcə mərkəzə çıxarıblar: “Ümumiyyətlə, bunlar xaricdə azərbaycanlı QHT-lərin, mediaların, bəzi qurumların maliyyələşdiriilməsinə maneçilik törətmək, danışıq aparmaq istəyirlər. Qərbin hər hansı fəaliyyəti, dəstəyi kənara verməməsini istəyirlər. Bundan başqa, onlar istəyirlər ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırılmamış heç bir layihə həyata keçirilməsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar