Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Horadizdə yeni küçənin açılışı oldu


Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər


 Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin, abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”,  “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq. Bu fikirlər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsinin yenidən bərpa olunaraq istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə  bildirilmişdir. Küçənin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. 

Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.  Bildirmişdir ki, son illər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 7 küçədə abadlıq-quruculuq işləri görülmüş, həmin küçələr əslində yenidən qurulmuşdur. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Küçələrə asfalt örtüyü salınmış, zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri daima diqqət mərkəzində saxlanılır.

Alı Alıyev qeyd etmişdir ki, işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi əslində tam yenidən qurulub, küçəyə asfalt örtüyü salınıb, yeni istinad divarları hörülüb, küçə boyu səkilər yenidən qurulub, kiçik su arxları yenidən tikilib, müasir işıqlandırma sistemləri tətbiq edilib, ağac əkilməsi üçün yerlər hazırlanıb.  

Açılış mərasimdə çıxış edən Horadiz şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar