Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquq müdafiəçiləri İlham Əliyevdən Rauf Mirqədirovun xahişini etdilər


Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Əvəz Həsənov dövlətə xəyanətdə ittiham edilərək həbs olunan “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla bağlı prezident İlham Əliyevə müraciət ediblər.


PİA.AZ-ın “Media forum”-a istinadən məlumatına görə, müraciətdə hüquq müdafiəçiləri uzun illərdir Azərbaycanda jurnalist fəaliyyəti və ictimai-siyasi fəaliyyətlə məşğul olan insanları yaxşı tanıdıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, Rauf Mirqədirovun indiyədək yazdığı məqalələr Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınmasına və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin çatdırılmasına xidmət edib. 

Müraciət müəllifləri Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan bir jurnalistin dövlətə xəyanət maddəsi ilə ittiham edilməsinə təəssüfləndiklərini və Rauf Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildiriblər.

Hüquq müdafiəçiləri prezident İlham Əliyevdən Rauf Mirqədirova qarşı başlanan cinayət işini nəzarətə götürməsini və jurnalistin təhlil aparmaq potensialından Azərbaycan dövlətinin Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə edilməsinə yardımçı olmasını xahiş ediblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar