Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquq müdafiəçisi Kənan M.M.-lə görüşüb


“Şikayət edən şəxslə aralarında barışıq olub, hesab edirəm ki, Kənanı buraxacaqlar”.


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov həbsdə olan rejissor Kənan Mahmudovla (Kənan M. M.) görüşüb.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bu gün Binəqədi rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib: “Orada beş nəfər saxlanılırdı. Onlardan biri də 1976-cı il təvəllüdlü Mahmudov Kənan Mahmud oğludur. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən saxlanılıb. Lakin özünü təqsirli bilmir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Bildirdi ki, polis əməkdaşları ona hörmətlə yanaşırlar. Ondan Vüqar Muradov adlı şəxs şikayət edib, lakin sonradan şikayətini geri götürüb. Aralarında barışıq olub. Hesab edirəm ki, Kənanı buraxacaqlar” .
Qeyd edək ki, Kənan Mahmudov (Kənan. M. M.) müğənni Vüqar Muradov və onun qardaşı Vüsalın şikayət ərizəsi əsasında saxlanılıb və Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar