Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquq müdafiəçisi azadlığa buraxıldı


Vidadi İsgəndərli onu tutduran məmurun adını açıqlayacaq


Göyçayda məhkəmə qərarı ilə 15 sutka azadlıqdan məhrum edilən hüquq müdafiəçisi Vidadi İsgəndərli cəza müddətini başa vuraraq azadlığa çıxıb. Bu haqda “Media forum” açıqlama verən hüquq müdafiəçisi deyib ki, dekabrın 15-i axşam sərbəst buraxılıb: “İndi Bakıya qayıdıram. Həbsimlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirəcəm. Həm mətbuat üçün, həm iqtidar, həm də müxalifətdə olan adamlar üçün maraqlı açıqlamalar verəcəm. Burda böyük bir sirr var. Faktiki olaraq Göyçayda İsmayıllı hadisələri təkrarlanacaqdı, xalqın qarşısını mən aldım. “Facebook” şəbəkəsindəki səhifəmdə prezident seçkisi ilə əlaqədar bəzi iqtidar nümayəndələri haqda statuslar yazmışam. Bundan sonra səhifəmdə 9 yaşında olan övladımın şəklini qoyub mənə təhqiramiz sözlər, hədələr yazıblar. Məsələni Göyçay polisində qaldırdım, bu işin arxasında hansı məmurların dayandığı barədə fikirlərimi bildirdim. Rayon polis idarəsinin rəis müavini Əflatun Məmmədova iradımı bildirdim ki, niyə imkan verirsiz məni və ailə üzvlərimi təhqir etsinlər. Mən heç bir xuliqanlıq etməmişəm, 9 yaşlı övladımın nə təqsiri var?

Mən Göyçay rayon Polis Şöbəsini və bəzi məmurları məhkəməyə verəcəm, mənə həbs qərarı çıxarmış hakimdən şikayətlənəcəm. Məhkəmə qərarına görə, guya mən yüngül formada içkili olmuşam. Halbuki mənim içkili olmağım barədə heç bir sənəd yoxdur.

Həbsdə olduğum müddətdə 8 dəfə üstümə təcili yardım çağırılıb. Şəkərli diabetdən əziyyət çəkirəm və yüksək təzyiqim var. 15 sutkanı işgəncə altında yaşamışam. Məni Göyçay Rayon Polis İdarəsində inzibati qayda pozmaq adı altında 4 nəfərlik kamerada 6 nəfərlə birlikdə saxlayıblar”.

Vidadi İsgəndərli noyabrın 30-da Göyçay şəhərində tutulub, sərxoş vəziyyətdə dövlət əleyhinə və ayrı-ayrı şəxslərin ünvanına nalayiq sözlər işlətməkdə, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinib. Vidadi İsgəndərli ilə bərabər tutulan Göyçay rayon sakini Rüstəm Zeynalova 6 sutka inzibati həbs cəzası verilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar