Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyn Abdullayevdən sərt bəyanat



“Nə qədər mülküm var, ələ keçirsinlər. Mənə bu yolla təzyiq etmək mümkün olmayacaq”


“Mənim ailəmə aid nə mülk varsa, söksünlər, ya da zəbt etsinlər. Onsuz da gec-tez haqq-ədalət öz yerini tapacaq”.

Bu sözləri keçmiş millət vəkili Hüseyn Abdullayev noyabrın 18-də Bakıdakı mülklərindən birinin qəfil sökülməsi ilə bağlı deyib. Facebook sosial şəbəkəsində olayla bağlı status paylaşan H.Abdullayev baş verənləri ailəsinə qarşı təzyiq kampaniyası kimi qiymətləndirir: “Bildiyiniz kimi, noyabr ayının 18-də mən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə açıqlama verərək İNTERPOL-un adımı  öz məlumat bazasından (Data bases) rəsmən çıxardığını bildirmişdim.

Təəssüflər olsun ki, elə həmin gün Azərbaycanda mövcud olan despot rejimi, mənə və ailə üzvlərimə qarşı yeni bir təzyiq, yeni bir çirkin böhtan kampaniyasına start verdi.
Buna sübut olaraq, qeyd edirəm ki, hakimiyyət nümayəndələri mənim valideynlərimin şəxsi mülkü olan bir binanı, tam qanunsuz tərzdə uçurmağa başladılar. Bunun əsas məqsədi məndən intiqam alaraq, başqalarına göz dağı verməkdir. Bütün bunları nəzərə alaraq mən Hüseyn Abdullayev onlara buradan bəyan edirəm ki, əllərindən nə gəlirsə etsinlər. Hətta getsinlər, mənim ailəmə aid nə mülk varsa söksünlər, yaxud zəbt edib ələ keçirsinlər. Onsuz da gec-tez haqq-ədalət öz yerini tutacaq və illər boyu Azərbaycanda mülkiyyət
hüququ pozulmuş insanlar öz əmlaklarının əsl sahibi olacaqlar. Bundan heç kimin şübhəsi olmasın! Amma bu cənablar bir şeyi qəti unutmasınlar ki, Hüseyn Abdullayevə hədə-qorxu gəlməklə və yaxud ona iyrənc siyasi repressiyalar tətbiq etməklə, onun iradəsini, onun prinsipiallığını sındırmaq olmaz. Əfsuslar olsun ki, onlar son 25 ildə hələ də Hüseyn Abdullayevi yaxşı tanımayıb”.

Qeyd edək ki, Hüseyn Abdullayevə məxsus olan Yusif Səfərov küçəsində 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa, həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.  Keçmiş millət vəkilinə məxsus ofisin əsas kirayəçisi “Əmrahbank” olub. Bina uçurularkən bank işçilərinə heç bir xəbərdarlıq edilməyib.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar