Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyn Abdullayevin adı İnterpolun axtarış sistemindən rəsmən çıxarıldı


Keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev İnterpolun axtarış sistemindən rəsmən çıxarılıb


Bununla bağlı H.Abdullayevə rəsmi məktub göndərilib. 

Məktub barədə azadliq.info-ya abdullayev özü məlumat yollayıb. Keçmiş deputat bildirir ki, Almaniya Daxili İşlər Nazirliyi və həmin nazirliyin beynəlxalq əlaqələr şöbəsi olan «Europol» ona rəsmi məktub yollayıb.

Məktubda qeyd olunur ki, İnterpol Almaniya Daxili İşlər Nazirliyinə Hüseyn Abdullayevin adının İnterpolun beynəlxalq axtarış sistemindən çıxarıldığını təsdiq edən arayış göndərib. Bu məktubu və məlumatı Bundeskriminalamt təsdiq edib.

“Fürsətdən istifadə edərək, hüquqlarımın qorunmasında mənə yardım edən Almaniya dövlətinə, eləcə də Almaniya Daxili İşlər Nazirliyinə sonsuz minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. Uca Allaha dualar edirəm ki, mənim kimi haqsızlığa məruz qalan minlərlə Azərbaycan vətəndaşına kömək olsun», – deyə Abdullayev göndərdiyi yazılı məlumatda bildirir.

Oxucuların nəzərinə çatdırırıq ki, İnterpol Hüseyn Abdullayevin şəklini hələ bir neçə ay bundan əvvəl öz saytından çıxarsa da, naməlum səbəbdən onun adını İnterpolun məlumat bazasından (datebases) çıxarmırdı. Amma Almaniya Daxili İşlər Nazirliyinin köməyi nəticəsində sabiq deputatın hüquqları bərpa edilib və onun axtarışı rəsmən dayandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar