Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseynov qardaşları haradadır?


Vəkil Fariz Namazlı: “Emin Hüseynovun vəkiliyəm, amma mən də bilmirəm o hardadır”


Avqustun 8-dən bugünə kimi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun harada olması haqqında müəmmalar davam edir. Yaxınlarının dediyinə görə, nəinki RATİ-nin əməkdaşları, Emin Hüseynovun ailəsi belə onun harada olmasından xəbərsizdir. 

Daha bir təəccüb doğuran məqam isə odur ki, Emin Hüseynovu nə dövlət qurumları, nə də beynəlxalq təşkilatlar və səfirliklər axtarmır. Sanki, qarşılıqlı razılaşdırılmış bir səssizlik hökm sürür. İddialara görə, hər iki tərəf E.Hüseynovun harada olmasından məlumatlıdır və ortada hansısa danışıqlar gedir. 

Bu məsələ ilə bağlı Emin Hüseynovun vəkili Fariz Namazlı ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, E.Hüseynovun hüquqlarını qorumasına baxmayaraq onun harada olmasından xəbərsizdir: “Mənə hər hansı dövlət qurumundan Emin Hüseynovla bağlı müraciət olunmayıb ki, o haradadır. Düzdür, mən onun vəkiliyəm, ancaq onun harada olması ilə bağlı məndə heç bir məlumat yoxdur”. 

Fariz Namazlı onu da bildirib ki, ona heç bir beynəlxalq təşkilatdan və ya demokratik ölkələrin Azərbaycandakı səfirliklərindən müraciət olunmayıb. Vəkil qeyd edib ki, hətta onların Azərbaycan hökumətinə verdikləri bəyanata və ya müraciətə də rast gəlməyib: “Sadəcə ABŞ səfirliyi bəyanat verib ki, Emin Hüseynov bizdə deyil. Başqa heç birini görməmişəm. ”

RATİ-də axtarış aparılması və ofisin möhürlənməsi ilə bağlı danışan Fariz Namazlı bildirdi ki, bununla bağlı Avropa Məhkəməsinə müraciət etmək niyyətindədirlər: “RATİ-nin ofisində axtarış aparılması ilə bağlı Səbayel Rayon Məhkəməsinin qərarından biz apelyasiya şikayəti vermişdik. Apelyasiya şikayəti təmin olunmadı. Bu səbəbdən indi biz Avropa Məhkəməsinə şikayət edəcəyik. RATİ-nin ofisinin möhürlənməsi ilə bağlı istintaq şöbəsinə məktub göndərmişik ki, nə əsasla ofisin qapısını möhürləyiblər.  Əgər o haqda qərar varsa onu bizə təqdim etsinlər. Çünki RATİ-nin ofisi bağlanan zaman içəridə iş gedirdi. Sadəcə işçiləri çıxarıb qapını möhürlədirlər. İşçilər onlardan nə əsasla qapını möhürləməyi soruşanda onlara heç bir izahat vermədilər. Sadəcə qapını bağlayıb getdilər, hətta bunu aktlaşdırmadılar. Çox güman ki, biz bununla bağlı məhkəməyə müraciət edəcəyik. Avadanlıqlar da götürülüb, indi onlara ekspertiza təyin olunacaq, ancaq orada elə sənədlər var ki, onun istintaqa aidiyyatı yoxdur, müəyyən məhkəmə sənədləri var, işçilərin şəxsi telefonları və sair var ki, onları biz geri istəyəcəyik”. 

Vəkil qeyd etdi ki, RATİ-nin hüquqşünası və mühasibi prokurorluğa çağırılaraq dindirilib, yəqin ki, digərlərini də yaxın günlərdə çağırıb dindirəcəklər. 

RATİ-nin hüquqşünası Günay İsmayılova musavat.com-un sualına cavab olaraq, hələ də Emin Hüseynovdan bir xəbər ala bilmədiklərini bildirdi: “Emin Hüseynovun harada olması ilə bağlı heç bir məlumatımız yoxdur. Ailəsi də E.Hüseynovla bağlı çox narahatdır. Anası yaşlı, xəstə qadındır, əlindən heç nə gəlmir. Qardaşı Mehman Hüseynov isə müalicə alır. O, uzun müddət idi ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirdi. İndi vəziyyəti normaldır.”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar