Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İKT sahəsində havaya sovrulan qrantlar - Araşdırma

İKT sahəsində havaya sovrulan qrantlar - natamam saytlar, işləməyən mobil tətbiqlər


Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yarandığı gündən ölkədə İKT sahəsində güclü potensialı olan layihələrin nəhayət maliyyələşdirilməsi və bu sahənin inkişaf etdirilməsi gözləntiləri böyük idi.

Əsasnaməsindən də göründüyü kimi, Fondun məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.
“Report” Fond tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olan layihələrin həyata keçirilməsinin hansı səviyyədə olduğunu araşdırıb.

Qeyd edək ki, 2015-ci ildə elan olunmuş ikinci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunmuş, 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilmişdi. Ümumilikdə, layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılmışdı.

Araşdırma zamanı həyata keçirilmə səviyyəsi yoxlanılan bütün layihələrin qeyri-işlək vəziyyətdə olduğu üzə çıxıb:
“tacirlink.az” layihəsi. 10 min manat ayrılan layihənin məqsədi ölkədə e-ticarət və onlayn ödəniş xidmətlərinin stimullaşdırılması və geniş istifadəsinə nail olmaq üçün biznes subyektlərini və istehlakçıları onlayn rejimdə birləşdirən elektron ticarət şəbəkəsi yaratmaqdır. Hazırda həmin sayt elan olunduğu formada fəaliyyət göstərmir və daxil olduqda saytın natamam olduğu məlum olur...

SoSmart layihəsi. SoSmart yerindən və vaxtdan asılı olaraq telefonu avtomatik səssiz və ya vibrasiya rejimlərinə keçirən bir mobil tətbiq olmalı idi. Bu layihə üçün 10 min manat vəsait ayrılıb. Vəsait ayrılımasından 9 ay keçməsinə baxmayaraq, mobil tətbiq hələ də hazırlanmayıb. Araşdırma nəticəsində “Sosmart” adlı başqa məqsədlə işləyən mobil tətbiqə rast gəldik, bu isə avtomobil qəzasını müəyyən edən “Sosmart SPA” şirkətinin xidmətidir.

Whatto layihəsi.Whatto qarderobu bir yerə toplayan və nə geyinməyi təklif edən mobil tətbiq olmalı idi. 10 min manat ayrılan bu layihənin də mobil tətbiqi hələ də fəaliyyət göstərmir.

Qeyd edək ki, SoSmart və Whatto layihələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantı Zülfüqar İsmayılzadə tərəfindən təqdim olunmuşdu və layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda həyata keçirilməli idi...

MUZEYCARD layihəsi. Bu layihə Bakıda yerləşən muzeylərin şəbəkəyə birləşdirən bir kart sisteminin və proqram təminatının yaradılmasını və satışını nəzərdə tutur. Daha doğrusu tuturdu. 10 min manatlıq qrant layihəsinin aqibəti ilə bağlı maraqlanmaq üçün ümumiyyətlə əlaqələndirici şəxs tapılmadı.

Sizinmarket.az layihəsi. “Sizinmarket.az” adı altında Vahid Elektron Ticarət Mərkəzinin və Elektron biznes platformasının (aqreqatorun) yaradılması planlaşdırılırdı. 10 min manat ayrılan bu layihənin icrasına başlanmasından (?) 9 ay keçməsinə baxmayaraq sayt fəaliyyət göstərmir.

Sizinmarket.az hazırda Facebook səhifəsi kimi işləyir, texnologiya və ticarətlə bağlı müxtəlif xəbərlər paylaşılır.
investbaku.az layihəsi. Bakı Şəhərinin İnvestisiya Portalı layihəsi Bakı şəhərinə, yerli və xarici investorların cəlb edilməsi yönündə yerli və xarici investorların hər hansısa bir regionda investisiya mühitinin əlverişliliyi, investisiya imkanları, prioritet sahələr və digər bu kimi mövzulara aid tam dolğun informasiya verərək, Bakı şəhərindəki investisiya imkanlarına aid peşəkar konsultasiya xidmətləri göstərməyi nəzərdə tutan veb portal və həmin portalın mobil tətbiq layihəsi kimi nəzərdə tutulub. 12 min manat ayrılan bu layihənin portalı natamam fəaliyyət göstərir, məlumatlar köhnədir və yenilənmir.

StayTuned.az layihəsi. Bu mobil əyləncə bələdçisi Azərbaycanın İKT bazarında tam dolğun və mükəmməl əyləncə-informasiya bələdçisi kimi təqdim olunmalı idi. 10 min manat ayrılan bu layihənin də portalı fəaliyyət göstərmir.

Getonline.az layihəsi. Təqdimatından göründüyü kimi, sayt internet istifadəçilərinə müxtəlif təyinatlı ixtisaslaşdırılmış mağaza, kafe, restoran və sair xidmət sektorlarında çalışan ticarət obyektlərinin, xidmətlərindən bir sayt üzərindən faydalanmaq imkanı verməlidir. 12 min manat ayrılan layihənin portalı fəaliyyət göstərmir, domen sahibinin nömrəsi isə ümumiyyətlə təyin olunmayıb.

Qısa araşdırmanın əhatə etdiyi bu 8 layihənin maliyyələşdirilməsi üçün 82 min manat ayrılıb, lakin heç biri istifadəçilərin ixtiyarına verilməsi üçün hazır vəziyyətdə deyil.

Bu günlərdə isə Fond növbəti qrant müsabiqəsinin qaliblərini elan edib, 29 layihəyə ümumilikdə 395 min AZN qrant vəsaiti ayrılıb.

İkinci müsabiqədən fərqli olaraq, bu ay elan olunan qalib layihələrin məqsədi və təsviri belə verilməyib.(aztoday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar