Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in azəri komandiri ilə Şişaninin ortaq bağları


İŞİD tərkibində döyüşən “çeçen camaat”ının lideri Muslim Şişani uşaqlıq dostu Murad Margoşvilidən danışıb


Publika.az çeçen mücahidlərinə yaxın saytlara istinadən xəbər verir ki, Şişani uşaqlıq dostunu xatırlayaraq onun elmli olduğunu qeyd edib: “Bu gün gürcü mediası Murad haqqında yanlış informasiyalar yayır. Murad mənim uşaqlıq dostumdur. O, Pankisidə qoyun otarırdı. Daha sonra ali məktəbə qəbul olunanda ailəsi ilə birlikdə Qroznıya köçdü, təhsil aldı, eyni zamanda, inşaatda işlədi. 1999-u ildə ikinci çeçen müharibəsi zamanı döyüşçü idi. 2003-cü ildə həbs olundu. 2006-cı ildə bəraət aldı, 2008-ci ildə beşgünlük müharibədə iştirak etdi. Daha sonra Allahın dini uğrunda döyüşmək üçün Suriyaya gəldi”.

Şişaninin açıqlamasına yer verən “çeçen camaatı”na yaxın sayt Muradın Suriyada azərbaycanlı komandir İbn Xəttabın qrupunda döyüşdüyünü yazır: “Bir müddət sonra o, çeçen qardaşları ilə birləşdi. Lakin hələ də İbn Xəttabla əlaqələrini saxlayır və əsasən azəri və çeçen camaatlar arasında koordinator olunu oynayır. Hətta İbn Xəttab onu “Qafqazın pələngi” deyə çağırırdı”.
 
Yayılan məlumatlara görə, İŞİD tərkibində döyüşən İbn Xəttab 2 il öncə Azərbaycandan gəlib və onun camaatı Suriya cihadında öncül yerlərdən birini tutub. Azərbaycanlı komandirin 29 yaşının olduğu deyilir. Əsl soyadı Ramaldanovdur. Bu məlumatı yayan sayt bildirir ki, Xəttab camaatında azərbaycanlılar çoxluq təşkil etsə də, müxtəlif xalqların nümayəndələri də burda təmsil olunur. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar