Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD 30 azərbaycanlını əsir götürdü - Fotolar


İŞİD Azərbaycan əsilli türkmanlara hücum edib


Publika.az türk mediasına istinadən xəbər verir ki, terror qruplaşması İraqın Dilyalə mahalına bağlı olan Azərbaycan əsilli türkmanların çoxluq təşkil etdiyi Qaratəpə qəsəbəsinə üç tərəfdən top və digər ağır silahlarla hücuma başlayıb. 

Hücum nəticəsində 7-si əsgər olmaqla 10 nəfər öldürülüb, 16 nəfər yaralanıb. Terror qruplaşması 30 türkmanı əsir götürüb. Əsirlər arasında qadın və körpələr də var.

Kürd silahlılarından ibarət Peşmərgə gücləri, İraq polisi və könüllü şiələrdən ibarət müdafiə dəstələri ilə İŞİD döyüşçüləri arasında baş verən şiddətli döyüşlərin nəticəsində bölgədə yaşayanlar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Məlumatlara görə, İŞİD Qaratəpə qəsəbəsinin bir kilometr qərbində yerləşən Alisaray və 500 metr şimalındakı Seyf Saad kədnlərini ələ keçirib. Kəndlərdə şiələrə aid məscid və Hüseyniyə mərkəzləri dinamitlə partladılıb.
İraq ordusunun Diclə əməliyyat komandanlığı Qaratəpə qəsəbəsinin hələ də Peşmərgənin əlində olduğunu deyib. Bildirib ki, döyüş təyyarələri İŞİD döyüşçülərini hədəfə alıb.

Məsələ ilə bağlı Peşmərgənin açıqlamasında isə bildirilir ki, İŞİD Alisaray və Seyf Saad kəndlərini tərk edərək geri çəkilib. Döyüşlərdə 10 İŞİD üzvü öldürülüb.

İraq türkman Cəbhəsinin lideri, Kərkük millət vəkili Erşat Salihi Qaratəpə yaxınlığındakı Hanekin və Kifri kəndlərindəki bütün İraq Türkman Cəhəsinin büro və qurumlarına çağırış edərək sığınacaqların yaradılması və lazmi köməkliklərin edilməsi təlimatını verib.

Bu arada, paytaxt Bağdadın 60 kilometr cənub-qərbində yerləşən Babil mahalına bağlı Curf Əl Sakhar qəsəbəsində İraq ordusu və könüllü şiə müdafiə dəstələri bölgəni İŞİD-dən təmizləmək üçün döyüş əməliyyatına başlayıb.

Babil valisinin sözçüsü Murad El Bekri bildirib ki, havadan və qurudan aparılan əməliyyatların nəticəsində müdafiə gücləri İŞİD-in əlində olan qəsəbə mərkəzinin bir kilometrliyinə qədər yaxınlaşıb. Onun sözlərinə görə, İŞİD-in yüz üzvü təslim olub, bir çoxları isə Amiriyet Felluceye doğru qaçıb.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar