Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD azərbaycanlını “agent” kimi edam etdi


Müxalifət partiyalarından yaraqlılara qoşulanlar varmı?


İŞİD terrorçu təşkilatı sıralarında döyüşənlər arasında həmyerlilərimiz də var

Milli Təhlükəsizlik Nazirliyinin bir-birinin ardınca keçirdiyi əməliyyatlar nəticəsində Yaxın Şərqdəki qanunsuz silahlı dəstələrin tərkibində döyüşlərdə iştirak etmiş və geri dönən yüzlərlə şəxs tutulub. Qeyd edək ki, son dövrlər İŞİD-in tərkibində vuruşan azərbaycanlıların müxtəlif adlar altında edam olunmaları haqda xəbərlər yayılır.

Aprelin 16-da da iŞİD  daha bir azərbaycanlını edam edib. Avropa.info xəbər verir ki, bu haqda məlumat Türkiyə mediasında yayılıb. Əbu  Mahmud  ləqəbli  azərbaycanlının “Səudiyyə Ərəbistanı agenti” adıyla edam edildiyi bildirilir.

Bir müddət öncə, Sirac Azəri adlı azərbaycanlının da “xəvaric” ittihamı ilə İŞİD tərəfindən edam edilməsi haqda  “Timetürk” saytı məlumat yaymışdı. 

Maraqlıdır, ölkəmizdə fəaliyyətdə olan müxalifət partiyalarında hər hansı bir terrorçu qruplaşmaya üzv olan şəxslər varmı? Keçmiş üzvlərdən belə qruplaşmalara qoşulanlar olubmu? 

Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini Xəzər Teyyublu deyir ki, KXCP Azərbaycan Xalq Cəbhəsinin varisidir və partiyalarında belə bir üzvün olması sadəcə mümkünsüzdür: "KXCP üzvləri Rəsulzadə-Elçibəy ideyasını daşıyan insanlardır və bu  yolunun yorulmaz davamçılarıdır. KXCP ideoloji bir təşkilatdır və Bütöv Azərbaycan ideyasını qarşısına məqsəd qoyaraq mərhələli Allahın verdiyi ömrün imkanları çərçivəsində məqsədə çatmaq uğrunda mübarizə aparırlar. 



KXCP üzvləri ölkədə demokratik prinsiplərin bərqərar olmasına çalışan, ölkəmizin azadlığı uğrunda canından-qanından keçməyə hazır olan insanlardır. Bu təşkilat ölkəmizin dövlət müstəqilliyinin bərpasında iştirak etmiş təşkilatdır. Üzvlərimiz heç bir zaman antiinsani, antibəşəri dəyərlərə malik olan hər hansı bir təşkilata sadəcə üz tuta bilməzlər. Terror təşkilatları bizim daşıdığımız ideyalara daban-dabana zidd ideya daşıyan təşkilatlardır. KXCP-də belə şəxslər yoxdur və heç zaman da olmayıb". 



Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, təmsil etdiyi təşkilatın nizamnaməsi belə halları istisna edir: “Müsavat Partiyasının Nizamnaməsi belə halları çox gözəl tənzimləyir, istisna edir. Nizamnaməyə görə, partiyanın üzvü demokratik prinsiplərə zidd fəaliyyət göstərən hər hansı bir təşkilatın üzvü ola bilməz.  Bu mümkün deyil. Hətta Müsavat Partiyasının üzvü hər hansı bir hüquq-mühafizə orqanında işə düzəlmiş olsa, onun üzvlüyü avtomatik olaraq ləğv edilmiş sayılır”. 

E.Fəttah deyir ki, hazırda Müsavat Partiyasının hər hansı bir terror təşkilatında olan üzvü yoxdur: “Müsavat Partiyasına üzv olan insanlar demokratiya uğrunda yalnız dinc mübarizə aparan insanlardır. Hətta keçmiş müsavatçının belə bir təşkilatda olmasını təxmin etmirəm”.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl terrorçu dəstələrdə döyüşənlərə qarşı daha sərt tədbirlərin görülməsi üçün qanunvericilik də dəyişdirilib. Bu dəyişiklikdən sonra belə qruplaşmalara üzv olanlar 15 illik cəza ilə yaxalarını kənara çəkə bilməyəcəklər. 1 il əvvəl qəbul edilən qanuna görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkənin hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etməyə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar