Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD düşərgələri aşkar edildi - Azərbaycanlılar da var - Foto

Türkiyə-Suriya sərhədində terrorçulara aid 14 min 780 nəfərlik 4 düşərgə aşkar edilib


PİA.AZ anspress-ə istinadən bildirir ki, Türkiyə ordusunun aşkar etdiyi düşərgələrdə Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

Düşərgələrdə azərbaycanlılarla yanaşı Çeçenistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tunis, Əlcəzair, Livan, Misir, Mərakeş vətəndaşları qalıblar. Bu barədə məlumat Türkiyə polisinin İŞİD-lə bağlı hazırladığı hesabatda yer alıb. 

Adıçəkilən ölkələrin vətəndaşları, əsasən, İŞİD, "Əl-Nüsrə Cəbhəsi" və "Ketibet-ül Taliban" kimi terror təşkilatlarının üzvləri olublar. 

Həmin terrorçular gün ərazində bu düşərgələrdə, Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdə təlim keçirlər. Türkiyə sərhədində Atmah, Aeqrobate, Anadan və Harim-Tafar Takharim adlı terrorçulara aid düşərgələr yerləşir. Azərbaycanlılar, əsasən, Atmah düşərgəsində yerləşdiriliblər. Ən çox terrorçu isə Anadan düşərgəsindədir - 8-10 min nəfər. 

Hökumət qüvvələrinin əldə etdiyi məlumatlara görə, "Əl-Qaidə" və digər terror təşkilatları Türkiyədə terror hadisələri törətmək üçün Suriyadan olan qaçqınların evlərində partlayıcı maddələr hazırlayırlar.

İŞİD terror təşkilatı isə Türkiyəni Suriyaya hücum etməsi üçün sərhədəki düşərgələrdə yeni terror aktları törətməyə hazırlıq keçirlər. Onlar sərhədi suriyalı qaçqınlar kimi rahatlıqla keçərək Türkiyə ərazisində maneəsiz hərəkət edirlər.

İŞİD terror təşkilatı Türkiyə ərazisində çox sayda insan itkisi ilə nəticələnən terror hadisələri törədiblər. Həmçinin təşkilatın silahlıları, demək olar ki, hər gün Türkiyənin sərhəd kəndlərini atəşə tuturlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar