Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD məhv ediləcəkmi? – Elxan Şahinoğlu şərh edir

“İŞİD müəyyən müddətdən sonra məhv edilərək, zərərsizləşdiriləcək. Amma bu o demək deyil ki, gələcəkdə onun hansısa bir törəmə təşkilatı yaranmayacaq. Terrorçu təşkilatlar hər zaman olub”


Bu sözləri terrorçu təşkilat olan İŞİD-in gələcək taleyilə bağlı Yenicag.az-ın sualına cavabında politoloq Elxan Şahinoğlu söylədi: “Vaxtilə SSRİABŞ özünə yaxın terrorçu qruplara dəstək verirdi. Sovet imperiyası Avrasiya bölgəsində, ABŞ isə Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələrində müəyyən partizan qruplarını dəstəkləyirdilər. Terrorçu qrup olan PKK-nın yaranmasında da Sovet imperiyasının rolu olub. Onlar bu terrorçu təşkilatı həm təsis edib, həm də silahlandırıblar. Amma sırf İŞİD-in yaranması Amerikanın İraqın işğalı ilə bağlıdır. Çünki Vaşinqton Səddam Hüseyni devirsə də, orada bir boşluq yarandı. Bu boşluqdan da həmin radikal qruplar istifadə etdi. Nəticədə bu gün Suriyaİraqın bir hissəsi həmin terrorçu radikal qrupun nəzarəti altındadır. Əslində İŞİD Əl-Qaidə təşkilatından daha məhşurdur. Bu illər ərzində Əl-Qaidəyə qarşı ABŞ uğurlu savaş apara bildi. Terror təşkilatının həm özünü neytrallaşdırdı, həm də liderlərini aradan götürdü. İŞİD-ə qarşı savaş da müəyyən qədər vaxt aparır. Amma fakt faktlığında qalır ki, bu terrorçu təşkilatların biri məhv olur, lakin yerində bir başqası yaranır. Əl-Qaidənin özü Sovet imperiyasının 1979-cu ildə Əfqanıstana müdaxiləsi nəticəsində yaranmışdı. Bu zaman SSRİ-yə qarşı yaranan qrupdakı mücahidlərə silahı Amerika verirdi. Ruslar Əfqanıstandan çıxsa da, həmin mücahidlər silahı keçmiş yiyələrinə qarşı çevirdilər. İndiki zamanda isə bu kimi terrorçu qruplar daha çox fəaliyyət imkanı qazanıb, böyük maliyyə dayaqlarına sahibdirlər. Bunun nəticəsidir ki, artıq Suriyadakı savaşı belə Fransaya inikas etdirə bilirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar