İŞİD terror qruplaşmasının Mosuldakı üzvləri dinc əhalidən seçilməmək üçün saqqallarını qırxırlar
PİA.AZ Trend -ə istinadən xəbər verir ki, bu barədə şəhər sakinləri danışıblar.
Onların sözlərinə görə, silahlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər: “İŞİD-çilər saqqallarını qırxıblar, paltarlarını dəyişiblər”.
Qeyd edək ki, oktyabrın 17-dən etibarən İraqın baş naziri Heydər əl-Abadi Mosulun terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.
pia.az