Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I sinfə elektron ərizə qəbulu bəzi neqativ halları aradan qaldıracaq


“Birinci sinfə qəbulun elektron qaydada aparılması müsbət haldır. Bu üsulun tətbiqi, şagirdlərin elektron ərizələr əsasında məktəblərə qəbulu bir neçə məsələni həll etmiş olacaq. Birincisi, bu, məktəb haqqında müfəssəl məlumatların toplanmasına, şagird kontingentinin dəqiq uçotunun aparılmasına, məktəblərin reytinqini müəyyənləşdirməyə gətirib çıxaracaq”


Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, təhsil üzrə ekspert Etibar Əliyev deyib. 
 
Onun sözlərinə görə, sənədlərin elektron qaydada qəbulu məktəblərdə kök salan bir sıra neqativ halların aradan qaldırılmasına da səbəb olacaq: “Çünki, orta məktəblərdə birinci sinfinə qəbul zamanı neqativ hallara yol verilirdi. Valideynlər tərəfindən neqativ fikirlər səslənirdi. Artıq bu hal aradan qalxmış olacaq. Azərbaycanda 4550-yə yaxın məktəb fəaliyyət göstərir. Bunların təxminən yetmişi lisey və gimnaziyalardır. Valideynlər övladlarını məktəbə qoymazdan əvvəl hansı müəllimin yaxşı olduğunu öyrənirlər. Burada müəllimin savadı, davranışı kimi məsələlər ortaya çıxır. Hər kəs istəyir ki, övladı ən azı ibtidai təhsil pilləsində normal təhsil görsün. Buna üçün də onlar ilk növbədə yaxşı müəllim axtarışına çıxırdılar. Ancaq bu sistem başqa bir məsələni də ortaya qoyacaq, valideynlərin övladları tanıdığı və ya soruşduqları müəllimlərin sinfinə düşməyə bilər. Burada artıq digər müəllimin üstünə böyük bir məsuliyyət düşəcək, o da yaxşı müəllim olmağa çalışacaq. Yaxşı müəllimin sinfinə maksimum 20-30 şagird yerləşə bilər. Elə məktəblər var ki, təxminən 10-a yaxın ibtidai sinif var. Valideynlər də anlayırlar ki o 10 müəllimin hamısı yaxşı deyil. Burada artıq yaxşı müəllimin sinfinə zəif uşaqlar da düşə bilər”.
 
Ekspert valideynlərə yaşadıqları ərazilərdəki məktəblər arasında seçim etməyi məsləhət görüb: “Çünki uşaqların böyük bir məsafə qət etməsi onlarda yorğunluq yaradır. Bundan başqa uzun yol qət etmək həm təhlükəlidir, həm də tıxaclarda vaxt itirmək deməkdir. Bütün hallarda məktəbin əsas vəzifələrindən biri uşaqların istedadını üzə çıxarmaqdır, sadəcə bilik vermək deyil. İndiki halda Təhsil Nazirliyi təhsildə neqativ halların aradan qaldırılmasına çalışır. Yeni islahatlara başlamaq lazım idi, bu qərar da bir islahatdır və müəllimlər üçün də yenilikdir. Bundan öncə müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirdi ki, bu da yenilik idi”. 
 
Etibar Əliyev bildirib ki, orta məktəblərdə siniflər minumum 20, maksimum 30 şagirdlə komplektləşdirilir: “Fərz edək ki bir məktəbdə 6 ibtidai sinif müəllimi var. Maksimum 30 şagird olsa, bu məktəbdə birinci siniflərdə 180 şagird oxuyacaq. Həmin o 180 şagird elektron ərizə ilə o məktəbə yerləşdiriləcək və müəllimlər arasında bərabər səviyyədə bölünəcək. Burada qərar qəbul etmək lazımdır ki, şagirdlərin kütləvi yerləşdirilməsi olmasın. Təhsil Nazirliyi mütləq bu prosesə nəzarət etməlidir. Lisey və gimnaziyalara qəbulda fərqli prinsiplər var ki buna nazirlik ciddi nəzarəti təşkil etməlidir. Çünki həmin uşaqların seçimində neqativ hallar baş verəcəksə, bu sistemə kölgə salar. Valideynlərə 5 məktəb seçmək imkanı verilir. Bu 5 məktəbin birində şagird sıxlığı yaranacaqsa, şübhəsiz valideyn öz istəyinə uyğun ikinci göstərdiyi məktəbi seçəcək, orada da sıxlıq olarsa üçüncü məktəbi seçəcək. Məktəb zəifdirsə, deməli ibtidai sinif müəllimləri ilə bağlı problem var və bu proses sonda siniflərin bağlanması məsələsini gündəmə gətirə bilər. Sıxlıq məsələsini həll etmək mümkündür. Yəni konkret olaraq hiss olunacaq ki, bu məktəbdə sıxlıq var, ona görə valideyn ərizədə digər məktəbi seçə biləcək. Hansı məktəblərə müraciət çox olsa, bu həmin məktəbin reytinqinin yüksək olduğunu ortaya qoyacaq. Valideynlər bu sistemə alışmalıdırlar, bu onların xeyrinə atılan bir addımdır”. 
 
Etibar Əliyev bölgələrə işləməyə gedən müəllimlərin əmək haqqına 100 manat əlavə olunmasını müsbət addımlardan biri adlandırıb: “Onlar üçün müəyyən sosial güzəştlərin tətbiqi regionlarda orta təhsilin inkişafına yönəlmiş addımlardan biridir. Ancaq sırf  informasiya cəmiyyəti, elektron xidmətlə bağlı islahatların yalnız Bakıda tətbiq olunmağı bir o qədər neqativ sayılmamalıdır. Çünki bu təcrübə özünü doğrultduqdan sonra onun regionlarda tətbiqi problem ola bilməz. Təhsil Nazirliyi artıq yaydan regionlarda müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinə başlayacaq. Çox qısa bir vaxtda regionda da uşaqların birinci sinfə bu formatda qəbulu məsələləri tətbiq olunacaq. Burada ən mühüm məqamlardan bir odur ki, Bakıda mərkəzləşmiş qaydada Bakı şəhəri üzrə təhsil idarəsi fəaliyyət göstərir, yəni bütün rayon təhsil şöbələri Bakı şəhəri üzrə təhsil idarəsində birləşiblər. Ölkə başçısının regional mərkəzlərinin yaradılması haqqında çox mühüm bir sərəncamı var. Hesab edirəm ki regional təhsil mərkəzlərinin yaranmasının sürətlənməsi bu proseslərin də regionlarda sürətlə həyata keçirilməsinə səbəb olacaq”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar