Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim İbrahimli Müsavat Partiyasından istefa verdi



Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli partiyadan istefa verib


İ. İbrahimli APA-ya bildirib ki, Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atıb: “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, partiyanı bataqlığa sürükləyən avtoritar üsul-idarəçiliyinə etiraz edərək, Müsavat Partiyasından çıxdığımı bildirirəm”.
 
MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlı da V. Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib: “Vurğun Əyyubun Müsavatdan çıxarılması vicdansızlığın ən yüksək anıdır. Partiya rəhbərliyi açıqlayır ki, guya, hələ 2011-ci ildə yerli təşkilat Vurğun Əyyubun partiyadan çıxarılması barədə qərar qəbul edib, amma o zaman partiya rəhbərliyi bunu rəsmiləşdirməyib. Bu hadisə özü Müsavatda Nizamnaməyə necə əməl olunduğunu bir daha göstərir. Yerli təşkilatın verdiyi qərarın partiya rəhbərliyi tərəfindən rəsmiləşdirilməsi nə deməkdir? Əgər belə qərar varsa, verilən andan qüvvədədir. Yox, əgər qərar yuxarı orqan tərəfindən ləğv olunubsa, onda necə varsa, elə demək lazımdır. Çox qəribədir ki, bu gün partiyada yığılan üzvlük haqlarını “yeyənlər”, üzvlük haqqı verməyənləri kənarlaşdırırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar