Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim İbrahimli də Müsavatı tərk etdi


Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli partiyadan istefa verib


PİA.AZ APA-ya istinadən xəbər verir ki, İ.İbrahimli Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atdığını deyib:

 “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, partiyanı bataqlığa sürükləyən avtoritar üsul-idarəçiliyinə etiraz edərək, Müsavat Partiyasından çıxdığımı bildirirəm”. 

MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlı da V. Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib: “Vurğun Əyyubun Müsavatdan çıxarılması vicdansızlığın ən yüksək anıdır. Partiya rəhbərliyi açıqlayır ki, guya, hələ 2011-ci ildə yerli təşkilat Vurğun Əyyubun partiyadan çıxarılması barədə qərar qəbul edib, amma o zaman partiya rəhbərliyi bunu rəsmiləşdirməyib. Bu hadisə özü Müsavatda Nizamnaməyə necə əməl olunduğunu bir daha göstərir. Yerli təşkilatın verdiyi qərarın partiya rəhbərliyi tərəfindən rəsmiləşdirilməsi nə deməkdir? Əgər belə qərar varsa, verilən andan qüvvədədir. Yox, əgər qərar yuxarı orqan tərəfindən ləğv olunubsa, onda necə varsa, elə demək lazımdır. Çox qəribədir ki, bu gün partiyada yığılan üzvlük haqlarını “yeyənlər”, üzvlük haqqı verməyənləri kənarlaşdırırlar”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar