Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahimovdan İsrail prezidentinin Xocalı nitqinə reaksiya


Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İsrail prezidenti Reuven Rivlinin Xocalı ilə bağlı nitqinə münasibət bildirib


PİA.AZ xəbər verir ki, N. İbrahimov APA-ya açıqlamasında bəyan edib ki, İsrail prezidenti Reuven Rivlinin BMT tribunasından Xocalı soyqırımı haqqında söylədiyi fikirlər olduqca böyük əhəmiyyətə malikdir:

"Hesab edirəm ki, bu, bizim üçün kifayət qədər mühüm hadisədir, Azərbaycan mətbuatının da diqqətindən yayınmamalıdır".

N. İbrahimov qeyd edib ki, Azərbaycan dövləti uzun illərdir Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl, sistemli və məqsədyönlü iş aparır: “Bir neçə ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çox uğurlu nəticələr verib.  Bütün bunlar dünya ictimaiyyətinin Xocalı haqqında məlumatlandırılmasında mühüm rol oynayıb. BMT kimi nüfuzlu beynəlxalq təşkilatın ali tribunasından, dünya siyasətində önəmli yerə malik bir ölkənin prezidentinin dilindən Xocalı haqqında fikirlərin səslənməsi çox ciddi uğurdur və bu, bir daha göstərir ki, Azərbaycan dövləti kifayət qədər güclü bir dövlətdir, Xocalı barədə, Qarabağ problemi barədə həqiqətləri dünyaya çatdıra bilir”.

N. İbrahimov deyib ki, Azərbaycanın İsraillə çox yaxşı münasibətləri var, lakin İsrail prezidentinin çıxışında Xocalı haqqında səslənən fikirlər, həqiqətin güclü olduğunun göstəricisidir: “Hesab edirəm ki, bu fikirlərin BMT Baş Assambleyasında Holokost qurbanlarının xatirəsini anım mərasimində səslənməsi xüsusi məna kəsb edir”.  

Qeyd edək ki, İsrail Prezidenti Reuven Rivlin yanvarın 28-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında Holokost qurbanlarının xatirəsini anım mərasimində çıxışı zamanı dünyanın müxtəlif regionlarında, o cümlədən Əfqanıstan, Suriya, Bosniya və Nigeriyada törədilmiş soyqırım və qırğınlardan danışıb. O, çıxışında Xocalı faciəsi haqqında da danışıb. R. Rivlin dünya birliyinin soyqırıma qarşı mübarizəsinin kifayət qədər effektiv olmadığını vurğulayıb: "Bu mübarizə Bosniyada kifayət qədər effektiv oldumu? Bu mübarizə Xocalıda qətliamın qarşısının alınmasına təsir göstərə bildimi? Yaxud, əfqanların Taliban tərəfindən öldürülməsinin qarşısını aldımı? Bəs bu gün Suriyada kifayət qədər effektivdirmi?..”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar