Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İçdiyimiz suyun tərkibində nə var?


Eyyub Hüseynov: “Əmtəə bazarında satılan suların təxminən 30 faizi saxtadır və standartlara cavab vermir”


Azərbaycanın yerli bazarında istənilən malı tapmaq mümkündür. Əvvəllər hansısa azərbaycanlıya nadir bir əşya və yaxud ərzaq məhsulu lazım olanda xaricə üz tuturdusa, bu gün yerli bazar çeşidli məhsullarla boldur. Lakin bolluğun fonunda istifadə etdiyimiz ərzaq məhsullarının, sərinləşdirici içkilərin keyfiyyətinə etimadımız kifayət qədər deyil. 

Bu sarıdan süfrə suyu və mineral su bazarındakı vəziyyət də ürəkaçan deyil. Plastik qablarda - balonlarda qablaşdırılan və saxlanma şəraiti standartlarda göstərildiyi qaydada gözlənilməyən suyu istehlak edən vətəndaşlar bir sıra hallarda səhhətlərinə ziyan verdiklərinin fərqinə varmırlar.

Virtualaz.org-un azadliq.info-ya istinadən məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ticarət obyektlərində litri 30 qəpikdən 10 manata qədər olan sular satılır. Hər bir brendin isə saxta variantları da yetərincədir. Əhali məişətdə istifadə etmək üçün onu qablaşdırılmış şəkildə alır. Qablaşdırılmış suyu qaynadarkən ərp əmələ gəlirsə, onun tərkibi haqqında şübhələr yaranması şəksizdir: “Sərinləşdirici içkilər sektorunda belə problemlər yaşanır. Saxta limonadlar, süni dadverici, rəngverici maddələrlə zənginləşdirilən meyvəli içkilər satılır. Əmtəə bazarında satılan suların təxminən 30 faizi saxtadır və standartlara cavab vermir. Ətraf mühitə, tarlalara atılan plastik qabları antisanitar şəkildə, təmizləmədən yenisini qablaşdırırlar. İsti yay şəraitində plastik qabın tərkibindəki kimyəvi maddələr suyun tərkibinə keçir. Regionlarda, hətta Bakıda da açıq su satışı da keçirilir. Bu sahədə də böyük problemlər var. Amma onları aradan qaldıran yoxdur”.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar