Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Türkanda Xəzəri necə satıb?-Video


Gülağa İslamov edilən şikayətlərə isə məhəl qoymur, sahil zonasını qohumlarına peşkəş edib


Xəzər rayon icra başçısı Gülağa İslamov Xəzər dənizinin sahillərini özünün qohumlarına və Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyində təmsil olunan şəxsə satıb. 

Türkan qəsəbəsi istiqamətində bütün sahili satışa çıxarmış icra başçısı bununla kifayətlənməyib, dənizi qurutmağa da cəhd edir. 

Belə ki, İslamov dənizin sahilinə kənardan daş və qum gətirməklər onun bir hissəsini quruya çevirir. Sonra isə həmin yerləri satışa çıxarır. Qəsəbə sakinləri isə dənizə çıxışlarının bağlandığını deyirlər. Yalnız kiçik bir cığır qalıb ki, onun da yaxın zamanlarda bağlanacağı artıq dəqiqləşib. 

Sakinlər bildirirlər ki, etirazlarını dinləyən yoxdur. Ona görə də, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək, ondan kömək umurlar. Onlar deyirlər ki, Xəzər rayon icra başçısı Gülağa İslamov prezidentin verdiyi sərəncamları saya salmadan, öz şəxsi maraqları üçün vətəndaşların hüquqlarını tapdayır, qanunlara isə məhəl qoymur. (jam.az)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar