Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı və müavini Qalaaltı ərazisini özəl mülklərinə çeviriblər


Şabran rayonunun İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla və birinci müavini Mehdi Balabəyov tarixi ərazidə villa biznesinə girişiblər; həmçinin Şabranın icra başçısı rayonun camışçılıq təsərrüfatını da öz şəxsi təsərrüfatına çevrilib…


Şabran rayonunun icra başçısı Novruz Novruzov və müavini Mehdi Balabəyov məşhur Qalaaltı kurortunun ərazisini özlərinin əsas biznes yerinə çeviriblər. Şərikli olaraq çalışan dövlət məmurları burda villalar tikələk baha qiymətə satırlar.

Şabran rayonundan PİA.AZ daxil olan məlumata görə rayon icra başçısı şair Novruz Novruzov və birinci müavini Mehdi Balabəyov villa biznesinə girişiblər. Daxil olan məlumatda bildirilir ki, icra başçısı ilə müavini hələ Sovet dönəmində Azərbaycanının əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tiki rvə sonra baha qiymətə müxtəlif şəxslərə satırlar. 

Məlumatda göstərilir ki, icra başçısı Novruz Novruzov ərazidə 40 dan çox villa stilli evlər tikib. İcra başçısının müavini Mehdi Balabəyov Novruz Novruzovdan geri qalmır onunda təxminən 20 dən çox villa tipli evi var və bu evlərin qiyməti 60 min manatdan 150 min manata kimi dəyişir.

Bildirilir ki, Nopvruz Novruzovun Qalaltı ərazisində bir neçə İstirahət Mərkəzi də mövcuddur və bu İstirahət Mərkəzlərində çoxlu sayda kottteclər var. Bu kotteclərin gündəlik kirayəsi 80 manatdan başlayır. Məlumatda idda olunur ki, həmin kotteclərdə menyuda hətta masaj qulluğu belə var.

Qeyd edək ki, Qalaaltı kurortu hələ sovet dönəmində fəaliyyət gösətərir. Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında «Çıraqqala» uroloji sanatoriyası tikilib. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşır. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir.

Şabrandakı məlumatlı mənbə onu da qeyd edir ki, Novruz Novruzov Şabranda topladığı var-dövlətinin bir hissəsini də paytaxt Bakıya və doğulduğu Lerik rayonuna köçürür. Belə ki, icra başçısı Bakının  Badamdar qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib. Həmçinin şəhərin müxtəlif yerlərində yeni inşa edilən binalarda çoxlu sayda ev alıb. 

Mənbə qeyd edir ki, Novruz Novruzov bir vaxtlar rayonun Udulu deyilən ərazisində yüz hektarlarla torpaq sahələrini icarəyə götürüb qoyunçuluq təsərrüfatları yaratmışdı. İndi isə icra başçısı kənd təsərrüfatı nazirliyinin balansında olan Şabran camışçılıq təəsrrüfatının nəzdində olan torpaqlarda yüzlərlə camış, inək saxlayır. Bildirilir ki, Şabran camışçılıq təsərrüfatının direktoru bütün işini atıb Novruz Novruzov üçün camış yetişdirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar