Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısına qarşı Şəmkir sakinlərindən ağır ittihamlar


“Şəmkirdə baş verən siyasi oyunlar əhalini cana doydurub”


Şəmkir sakinlərinin icra başçısı Alimpaşa Məmmədova ünvaladıqları suallardan ştatlar: Sona Əliyev Emin İsmayılov cütlüyü Şəmkirdə nələr etdi? Sona Əliyeva necə YAP siyahısına düşdü? İcra Hakimiyyətində işçilərə verilən "paketlər" hardan gəlir? Respublikanın heç bir rayonunda olmayan XXI əsr adlı ictimai birlik Şəmkirin idarələrinin büdcələrini necə talan edir?..

Bir qrup Şəmkir sakini Alimpaşa Məmmədov icra başçısı təyinatı aldıqdan sonra bu rayonda baş verən qanunsuzluqlar, korrupsiya halları və zorakılıqlarla bağlı PİA.AZ-ın elektron ünvanına ağır ittihamlarla dolu məktub yollayıb. 


Həmin məktubu olduğu kimi oxuğularımızın nəzərinə çatdırmaqla yanaşı bildiririk ki, məktubda səsləndirilən hər bir ittiham və iradlarla bağlı Şəmkir rayon adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

“Hörmətli redaksiya! Sizlərin hər birinizi salamlayırıq və gərgin işlərinizdə Sizlərə uğurlar arzu edirik. Hər zaman yaydığınız doğru, qərəzsiz məlumatlara görə Sizlərə təşəkkür edirik. Hazırki dövrdə adımızı açıqlaya bilməməyimizə görə əvvəlcədən sizlərdən üzr istəyirik. Təqib olunmaqdan, işdən rəhbərlik tərəfindən incidilməkdən qorxuruq.

Şəmkirdə baş verən siyasi oyunlar əhalini cana doydurub

8 oktyabr 2015-cü il tarixdə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı təyin edildi. Ötən bir ili qısa analiz etmək istəyirik. Fəaliyyətə başladığı ilk gündən sərt çıxışlar, idarə rəhbərlərini tənqid etməyi, icra nümayəndəlirini təhqir etməyi təbii ki vətəndaşlar arasında maraqla qarşılandı. Çünki illərdir Şəmkir sakinlərini cana doydurmuş şəxslər iclaslarla sıravi insanlar qarşısında hesabat verirdilər. Lakin bununla da onların aşağılanması birmənalı qarşılanmırdı. Bu yazıda əsasən diqqətimizi Alimpaşa Məmmədovun apardığı kadr islahatından söz açacağıq. 

Vəzifəyə gəldiyi ilk gündən İcra Hakimiyyətinin bir neçə əməkdaşını işdən qovan icra başçısı özünün müavini, sonradan idarəetmədə əsas fiqura çevriləcək, sonradan isə birbaşa dəstəyi və təklifi ilə YAP siyasıhısına daxil ediləcək Sona Əliyevanın təklifləri ilə heç bir təcrübəsi olmayan gəncləri işə qəbul etməyə başladı. Təbii ki hərəsini müxtəlif vasitələrlərlə.

Bir il ərzində Alimpaşa Məmmədovun kadr islahatlarına diqqət yetirək:

19 yanvar 2015-ci il İcra Başçısı yanında Şurada fəaliyyətində buraxdığı ciddi nöqsanlara görə, maliyyə pozuntusuna və səriştəsizliyə görə qovulan Pərvin Teymuraz oğlu Gözəlov....Onun əvəzinə İcra Hakimiyyətinə qısa müddət ərzində işləmiş Emin Həsən oğlu İsmayılov təyin olunur. Emin İsmayılov haqqında isə sosial şəbəkələrdə ətraflı məlumat var. Pərvin Gözəlov bu qədər nöqsanlardan sonra Şəmkir Statistika İdarəsinə müdir təyin olunur... MARAQLIDIR....

Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov ötən ilin avqust ayında Düyərli bələdiyyəsinin sədr müavinini bıçaqlayır, 2 aylıq işdən uzaqlaşdırılır, lakin Şəmkir prokuroru Allahverdi Novruzovun "əməyi" nəticəsində öz yerinə bərpa olunur. Sonradan isə Alimpaşa Məmmədovun təziqi ilə işdən uzaqlaşdırılır, onun yerinə 12 saylı vergilər İdarəsinin rəis müavini  Rəşid müəllim təyin olunur. O isə, Şəmkirin altını üstünə çevirir. Bu barədə ətraflı yazacağıq. 

Su və Meliorasiya təsərrüfatı idarəsinin müdiri Vaqif müəllim gedir, Şəmkirçay Dəryaçasına müdir, yerinə isə Sahib müəllimi təyin etdirir.
DSMF müdiri Azad müəllim gedir ƏƏSM müdir, yerinə isə mühasibi Mərdan müəllimi təyin etdirir.

Şəmkir polis şöbəsinin rəisi Şükür MEhdiyevlə aralarında yaranmış ciddi konflikt nəticəsində Şükür Mehdiyev gedir Narkomaniya İdarəsinə rəis müavini, yerinə isə Cəmil Əmirov gəlir Vergilər Nazirinin 1 ci müavini Natiq Əmirovun qardaşı gəlir.

Niyə biz yuxarıda gedir, gəlir, yazdıq... Çünki bütün kadr təyinatlarında təsir gücünü itirmiş Alimpaşa Məmmədov başlayır heç bir arxası, adamı olmayan ərazi üzrə icra nümayəndələrini hər Şura iclasında təhqir edərək iclas zalından qovmağa. Göstərdiyimiz faktlar hamısının sübutu Şəmkir İcra Hakimiyyətini facebook səhifəsində şəkillərlə var. Xahiş edirik hamısına baxasınız...

Əgər bu yazılarımızı araşdırıb öz saytınızda geniş məlumatlar yerləşdirsəniz biz sizlərə daha dərin məlumatları göndərəcəyik k,i ölkə rəhbərliyi bilsin ki Şəmkirdə insanlar üsyan həddindədir. 

Müseyib Vəliyev insanların qara millətin milionlarla vəsaiti mənimsədi qeyri qanuni torpaqları satdı və necə Dəllər qəsəbəsinin icra nümayəndəsi oldu?

Sona Əliyev Emin İsmayılov cütlüyü Şəmkirdə nələr etdi?

Sona Əliyeva necə YAP siyahısına düşdü?

Qüdrət Əliyev necə öz kadrlarını başçının köməkçisi və müavini təyin etdirdi, kadr islahatlarına necə təsir edir?

Məcid Şıxlinski təhsil şöbəsini necə alver ocağına çevirib?

Məktəb direktorları iclaslarda necə aşağılanır, təhqir olunur? Hamısını da sübut və fotoşəkillərlə təqdim edəcəyik...

Respublikanın heç bir rayonunda olmayan XXI əsr adlı ictimai birlik Şəmkirin idarələrinin büdcələrini necə talan edir?

İcra Hakimiyyətində işçilərə verilən "paketlər" hardan gəlir?

“Kraz yolu” deyilən yerdə insanlara satılan torpaqların aqibəti necə oldu? 

Bütün bunlarla bağlı geniş məlumat verməyə hazırıq yetər ki sizlərin diqqəti olsun bizim harayımıza....”

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar