Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısından oğlunun saxlanılması xəbərinə- Reaksiya


Bu gün bir sıra Kütləvi İnformasiya Vasitəsində Zərdabın icra başçısı Lütfəli Babayevin oğlunun Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbərlər yayılıb


Həmin məlumatlara görə, icra başçısı 15 sutka inzibati cəza verilən övladını azad etmək üçün külli-miqdarda pul ödəyib. 

Lütfəli Babayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. İcra başçısı bütün bu xəbərləri cəfəngiyat adlandırıb: 

“Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır...”

Xəbərdə Lütfəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub. Bu iddialara isə icra başçısı belə cavab verib:

“Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ən çox oxunanalar