Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının adı dələduzluqda hallanır – Məhkəmə


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

Zərərçəkmiş Rafiq Hətəmov deyib ki, Su İdarəsinə rəis vəzifəsinə düzəlmək adı ilə T.İbrahimova 48 min manat məbləğində pul verib: "Hətta Bakıda ev almaq üçün qardaşım Novruz Hətəmov 6 min manat pul verib. Biz Teylora ona görə inanmışıq ki, onun icra başçısı ilə yaxın münasibəti vardı. Düşünürdük ki, onun əli ilə işə düzəldəcək".

Zərərçəkmiş şəxs T.İbrahimovun onu aldatması ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun qəbulunda olduğunu da deyib:

"Başçı mənə dedi ki, Teylora vaxt ver, sənin pulunu qaytaracaq".

Təqsirləndirilən T.İbrahimov isə borcun 43 min manat məbləğində olduğunu deyib. O, pulun 40 min manatını Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədova verildiyini bildirib.

Qeyd edək ki, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirli bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T.İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub. 


 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar