Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai Birlik-dən Leyla Yunusun həbsinə münasibət


"Leyla Yunus və onun kimi vətən xainlərinin cəzalandırılmasını tələb edirik"


"Hüquq müdafiəçisi adı ilə əsl fəaliyyətini pərdələməyə çalışan Leyla Yunus daim dövlətçiliyimizə zərbə vurmağa çalışıb, bunun üçün hətta düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığa gedib" 

Bu barədə Trend-ə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

E.Həsənlinin sözlərinə görə, L.Yunus vətəndaş cəmiyyətinin inkişafı ilə məşğul olmaqdansa, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması kimi "mühüm" işlər görüb: "Onun Avropa qurumları üçün hazırladığı Azərbaycanda siyasi məhbuslar siyahısı hətta müxalifətçi hüquq müdafiəçiləri tərəfindən də təəccüblə qarşılanırdı. Artıq sübut olunub ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistan kəşfiyyatının məxfi agentlərindən olan Laura Bağdasaryanla uzun müddət əməkdaşlıq ediblər".

O vurğulayıb ki, L.Yunus və tərəfdarları Ermənistan tərəfindən dövlətimizə qarşı başladılmış təcavüzkar müharibə, torpaqlarımızın işğal olunması, bir milyondan çox soydaşımızın məcburi köçkün və qaçqına çevrilməsi məsələsində həmişə səssiz qalıblar: "Hətta son vaxtlar erməni tərəfinin atəşkəsi tez-tez pozması, işğal olunmuş Kəlbəcər rayonunda 3 vətəndaşımızın təcavüzkarlar tərəfindən öz doğma vətənlərində girov götürülməsi faktına göz yumub, bununla bağlı heç bir mövqe bildirməyiblər. Bütün bunlar bir daha Leyla Yunusun insan hüquqlarının müdafiəçisi deyil, şəxsi maraqlarının müdafiəçisi olduğunu göstərir".

E.Həsənli deyib ki, Azərbaycanın demokratik, hüquqi dövlət kimi qazandığı uğurlar milli düşmənlərimizdən olan Leyla Yunusu da narahat edirdi: "Görünür, bu səbəbdən Leyla Yunus "xalq diplomatiyası" adı altında erməni kəşfiyyatı ilə əlaqələrini daha da genişləndirmiş, casusçuluq fəaliyyətini QHT fəaliyyəti adı altında pərdələyərək dövlətimizin beynəlxalq nüfuzuna zərbə vurmaq işinə böyük həvəslə başlamışdı. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq, Leyla Yunus və onun kimi vətən xainlərinin cəzalandırılmasını tələb edir, onlara havadar çıxan, bu yolla xarici ağalarından qrant qoparmağa çalışanları isə öz mövqelərinə yenidən baxmağa, milli dövlətçiliyimizi şəxsi və siyasi maraqlarından üstün tutmağa çağırırıq. Unutmayaq ki, dövlətini satanlar, vətən xainləri daim lənətlə yad olunur".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsinin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar