Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai Komitənin səlahiyyətləri genişləndirildi



Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin səlahiyyətləri genişləndirilib


Bu barədə Trend-ə İctimai Komitənin üzvü Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, komitənin növbəti iclasında ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, İctimai Komitənin fəaliyyəti ilə bağlı qaydalara dəyişiklik edilib, qurumun əsasnaməsi “İctimai iştirakçılıq haqqında” qanuna uyğunlaşdırılıb.

Bu dəyişikliyə əsasən, Komitə üzvlərinin səlahiyyət müddəti daha bir il artırılaraq iki il olub.

İclasda dəyişikliklər barədə məlumat verən F.Məmmədov nəzərə çatdırıb ki, bundan sonra İctimai Komitə Ədliyyə Nazirliyinin bütün fəaliyyət sahələrində ictimai nəzarəti həyata keçirə biləcək. Eləcə də nazirliyə aid məsələlərdə qərar qəbuletmə prosesində iştirak etmək səlahiyyətlərinə malik olacaq. Bu, artıq normativ sənədlə tənzimlənəcək.

İclasda həmçinin İctimai Komitənin bütün üzvlərinə vəsiqələr təqdim olunub. Bu vəsiqələrlə komitə üzvləri cəzaçəkmə müəssisələrinə maneəsiz baş çəkə biləcəklər.

S.Məmmədov bildirib ki, iclasda cəza sistemindəki vəziyyətin yaxşılaşdırılması, yeni tikilən cəzaçəkmə müəssisələrində əlilliyi olan şəxslərə müvafiq infrastrukturların yaradılması, məqsədli dezinformasiyaların yayılmasının qarşısının alınması və s. məsələlərlə bağlı müzakirələr aparılıb, "Cəzaçəkmə sistemində ictimai nəzarətin Azərbaycan modeli" adlı beynəlxalq konfransın keçirilməsi təklif olunub və bu təklif müsbət qarşılanıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə 8 ildir fəaliyyət göstərir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar