Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki həftə sonra müharibə başlayacaq?


İsrail-Fələstin müharibəsi yenidən başlaya bilər


HƏMAS liderlərindən olan İsmayıl Haniyə bildirib ki, sentyabrın 25-dək Qəzzanın blokadası aradan götürülməsə, müvəqqəti sülhə son qoyulacaq. HƏMAS yenidən İsrail ərazilərini raket atəşinə tutacaq.
 
Ekspertlər hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırırdılar. Amma heç kim bunun bu tezliklə baş verəcəyini gözləmirdi. Axı sülh sazişinin bağlanmasının heç bir ayı tamam olmayıb. HƏMAS son münaqişə zamanı xeyli itki verib. Bunu cəmi bir ay ərzində kompensasiya etmək mümkün deyil. Hər halda, HƏMAS-ın yenidən tunellər qazdığı və Qəzzaya silah daşıması haqda məlumatlar artır.
 
Bəs HƏMAS niyə yenidən müharibəyə can atır?

Məsələ ondadır ki, problemin tam həlli və atəşkəsə nail olunması istiqamətində danışıqlar yarımçıq qalıb. Fələstin Muxtariyyətində ikihakimiyyətlikdir.  Mahmud Abbasın başçılıq etdiyi FƏTH-in  HƏMAS-la ciddi fikir ayrılığı var.
 
FƏTH,  HƏMAS-ın Qəzzada aeroport və liman tikmək fikrinə qarşı çıxır. Bəzən Mahmud Abbas düşündüklərini birbaşa ifadə etmir. Çünki özü də HƏMAS-dan  qorxur. Ona qarşı bir neçə dəfə sui-qəsdin hazırlandığı barədə məlumatlar var.

Görünən odur ki, hazırda Qəzzada bütün hakimiyyət HƏMAS-ın əlindədir. FƏTH üzvləri isə təqib edilirlər.

Öz növbəsində HƏMAS  da FƏTH-in birbaşa üzərinə gedə bilmir. Mahmud Abbasla savaşsa, bütün ərəb dünyası onları boykot edəcək.  Bununla da, HƏMAS müsəlman dünyasında olan-qalan dayaqlarını itirəcək.
 
Odur ki, HƏMAS diqqəti  daxili siyasətdən yayındırmaq üçün yenidən ənənəvi düşmən – İsrail üzərinə yeriyə bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar