Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki qardaş iş yoldaşını döyüb xəstəxanalıq etdi


Sumqayıt şəhər sakini iş yoldaşları tərəfindən döyülüb. Hadisə şəhərin 4-cü mikrorayonu ərazisindəki mağazalardan birində qeydə alınıb


PİA.AZ xəbər verir ki, şəhər sakini Qənimət Bayramovun ans press-ə verdiyi məlumata görə, şəhərin 13-cü mikrorayon bina 7a, mənzil 37-də yaşayan oğlu 1993-cü il təvəllüdlü Mirağa Qənimət oğlu Bayramov mağazada işləyərkən aralarında yaranan şəxsi mübahisə zəminində Elvin və Emin Cavadov adlı iki qardaş tərəfindən döyülüb:

"Yanvar ayının 23-də Mirağa mağazada iki qardaş tərəfindən döyüldü. Onu əvvəl Sumqayıt şəhərindəki travmatologiya xəstəxanasına, oradan da 1 saylı şəhər xəstəxanasına yerləşdirdik. Hazırda vəziyyəti ağırdır. Bizim narahatlığımızın səbəbi isə onu döyən şəxslərin hələ də istintaqa cəlb edilməməsidir".

Ailənin iddiasına görə, şikayət etdikləri Sumqayıt şəhəri 3-cü polis bölməsi tərəfindən məsələyə "soyuq" münasibət göstərilir.

Məsələ ilə bağlı hadisəni araşdıran təhqiqatçı Hikmət Rzayev bildirib ki, hazırda Mirağa Bayramovun stasionar müayinəsi davam edir. Buna görə də prosesə məhkəmə tibbi ekspertiza rəy verməyib. Tibbi ekspertiza rəy verən kimi, məsələyə hüquqi qiymət veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar