Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki şotlandiyalı neftçi Bakıda gecə barında dava saldı, tutuldu və...


Şotlandiyadan olan iki neft işçisi Bakıdakı gecə barlarının birindəki dava-dalaşda iştirak edib və polis tərəfindən saxlanılıb


Əcnəbi neft işçiləri daha sonra sərbəst buraxılsa da Azərbaycan hüquq-mühafizə orqanları onların ölkəni tərk etməsinə qadağa qoyub. 

Nəticədə şotlandiyalılar öz ölkələrinin birinci nazirinin müavini Nikola Sturgeona müraciət edərək kömək xahiş ediblər.

Virtualaz.org saytı xəbər verir ki, bu qalmaqal hada “The Energy Voice” yazır.

Mark Munro və Allan Teyt adlı işçilər Bakının gecə klublarının birində dava-dalaşda iştirak etdiklərinə görə polis tərəfindən saxlanılıblar. İnsident bir neçə həftə əvvəl olub.

21 yaşlı A.Tayt etiraf edib ki, o, dava-dalaşa qatılıb və qurbanlardan birinə komensasiya kimi bir neçə min funt-sterlinq ödəyib.

Mark Munro isə deyib ki, davada heç bir rolu olmayıb və yerli polisdən bildiriblər ki, ona qarşı heç bir dəlil-sübut yoxdur. Lakin buna baxmayaraq polis istintaqın başa çatmasına qədər onların hər ikisinin ölkədən çıxmasına qadağa qoyub.

Şotlandiyalı ikili hazırda vəziyyətlərinin “dəhşətli” olduğunu, həftələrdir qeyri-müəyyən vəziyyətdə qaldıqlarını bildirir.

İnsident şotlandiyalı işçilərin Xəzərdə BP-yə məxsus offşor platformada növbəni başa vurub sahilə qayıtdıqları ilk günün axşamı baş verib. Mark Munro SOCAR-la birgə müəssisəsi olan “Cape” şirkətinin əməkdaşıdır. Şirkət taxtabənd konstruksiyaların montajı və demontajı, neft platformalarında bütün növ izolyasiya işlərini həyata keçirir.

Allan Teyt isə Şotlandiyanın Aberdin şəhərindən olan mexanikdir. Onun hansı podratçı şirkətdə işlədiyi dəqiqləşdirilmir.

A.Teyt deyib ki, o, qurbanlardan birinə kompensasiya ödəməyə razılaşıb və ittiham geri götürülüb. Daha sonra şotlandiyalılar polis bölməsindən buraxılıb və işə geri qayıdıblar. Buna baxmayaraq bir neçə gün sonra onlara əmr edilib ki, əlavə istintaq üçün yenidən sahilə qayıtsınlar.

Bu dəfə şotlandiyalıların pasportları müsadirə edilib. Britaniyanın Bakıdakı səfirliyinin işə qarışmasından sonra sənədlər qaytarılsa da onların ölkədən çıxmasına məhdudiyyət qoyulub.

M.Munro deyir ki, hazırda oteldə qalmaq üçün böyük məbləğdə pul xərcləyir və müstəntiq əmin edir ki, ona qarşı heç bir ittiham irəli sürülməyib.

Buna baxmayaraq M.Munro gərginlik hiss etdiyini deyir. M.Munro deyir ki, ilk dəfədir xaricdəki neft platformalarında işləməyə göndərilmişdi və Bakıda başına gələnlərdən sarsılıb.

“Kifayət qədər həyəcanlı vəziyyətdir, heç kim bizə demir ki, nə baş verir”- deyə şotlandiyalı bildirib.

M.Munronun ata-anası Donald və Linda Şotlandiyanın birinci nazirinin müavininə məktub yazaraq oğullarının heç bir günahının olmadığını bildirir, onun Azərbaycanı tərk etməsinə kömək göstərməyi xahiş edir.

Allan Teytin yaxınları da analoji müraciət edib.

Şotlandiya hökumətinin mətbuat katibi deyib ki, Munronun valideyinlərinin məktubunu alıblar və ona müvafiq qaydada reaksiya verəcəklər.

“Biz qeyd edirik ki, Munro Azərbaycanda konsul köməyi alır. Britaniyanın xarici işlər naziri ilə əlaqə saxlamışıq və  bu işlə maraqlanmağı xahiş etmişik. Əlimizdən gələn başqa köməyi də göstərəcəyik”- deyə hökumətdən bildirilib.

Britaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi isə ancaq onu deyib ki, Bakıda saxlanılan neft işçilərinə konsul yardımı edilir.

Bakıdakı Britaniya səfirliyi isə istintaq prosedurlarının başa çatmasına qədər neft işçilərinə kömək edə bilməyəcəklərini bildirib.

Qeyd edək ki, BP və digər xarici neft şirkətlərinin yüksək maaş alan əcnəbi sakinləri Bakının bahalı gecə barlarının daimi müştəriləridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar