Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlə damğasını vuran iki ayın əsas hadisəsi



Mehman Əliyev: “İki ay onu göstərdi ki, biz ağır dönəmə
qədəm qoymuşuq”; Elxan Şahinoğlu: “Merkelin ərazi bütövlüyümüzü birmənalı dəstəkləməsi və Ermənistanı işğalçı adlandırması da yaddaqalan hadisə oldu”


Fəzail Ağamalı: “Ətrafda və dünyada gedən proseslər Azərbaycana da təsirini göstərdi”

2015-ci ilin kifayət qədər təlatümlü keçəcəyi elə ilk iki ayın statistikasından aydın görünür. Dünya çapında baş verənlər, ərəb dünyasında gərginliyin artması, neftin qiyməti ilə bağlı ajiotaj və böhranlı situasiya, Ukrayna cəbhəsindən gələn ağır xəbərlər, Rusiyadakı hay-küylü siyasi qətlin törədilməsi kimi olaylar illə bağlı nikbin proqnozlara yer qoymur. Azərbaycanın ötən 60 günü ilə bağlı da ekspertlərin maraqlı yanaşmaları var.


Politoloq Elxan Şahinoğluna görə, Azərbaycan üçün ilin ilk aylarının əsas hadisəsi manatın devalvasiyası oldu: “Sadəcə, bir çoxları devalvasiyanın tədricən gedəcəyini düşünürdü. Ancaq vəziyyət o dərəcə mürəkkəbləşdi ki, hakimiyyət ”şok terapiyası"na üstünlük verdi. Manatın devalvasiyası iqtisadiyyatda gələcək aylarda müəyyən gərginlik yaradacaq. Ancaq bir tərəfdən hadisələrin bu istiqamətdə cərəyanını labüd hesab edirəm. Neft gəlirləri ölkəni tənbəlləşdirmişdi, indi isə bu gəlirlə olmadan yaşamağı və işləməyi bacarmalıyıq. Havayı pul dövrü bitdi".

Ekspert bildirdi ki, 2015-ci ilin iki ayında ABŞ-ın Azərbaycanla bağlı siyasətində də müəyyən korrektələr müşahidə olundu: “Dövlət Departamentinin rəsmisi Viktoriya Nullandın Bakıya səfəri göstərdi ki, Vaşinqton Azərbaycanla enerji və təhlükəsizlik əməkdaşlığını insan haqları və demokratiya məsələlərinə qurban vermək istəmir. Vaşinqtonun əsas qorxusu Ukraynadakı hadisələrdən sonra Moskvanın öz nəzərini Cənubi Qafqaza, o cümlədən Azərbaycana yönəldəcəyidir. Vaşinqton isə bölgənin əsas dövləti Azərbaycanın Rusiyanın təsiri altına düşməsini istəmir. Bunun baş verməməsi üçün isə rəsmi Bakı ilə dialoqu yoğunlaşdırmaq lazımdır. Amerika rəsmilərinin son zamanlar tez-tez təkrarladıqları ”Dağlıq Qarabağ ətrafındakı rayonlar azad olunmalıdır" və “Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girov geri qaytarılmalıdır” kimi açıqlamalar Azərbaycan hakimiyyətinə və cəmiyyətinə xoş gəlmək üçün söylənilib. Bunun qarşılığında isə rəsmi Bakının anti-Amerika ritorikası zəifləyib".



E.Şahinoğluna görə, iki ayın yadda qalan hadisəsi Almaniya kansleri Angella Merkelin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsi və Ermənistanı işğalçı adlandırmasıdır: “Bunun nəticəsidir ki, Azərbaycan hakimiyyəti Almaniyanın həmsədrlər sırasına qoşulması məsələsini beynəlxalq müzakirə predmetinə çevirib. Bu müşkül məsələ olsa da, Merkelin qətiyyətli mövqeyi Bakı ilə Berlin arasındakı soyuqluğa son qoyub. İlin digər önəmli hadisəsi Cənub Qaz Dəhlizi layihəsinin Bakıdakı toplantısında Müşahidə Şurasının formalaşması oldu. Azərbaycan hakimiyyəti Kremllə normal münasibətlərə çalışır, Rusiya ilə siyasi və iqtisadi müstəvidə əməkdaşlığını davam etdirir. Ancaq enerji sahəsində istər-istəməz Rusiyaya rəqibdir. İlham Əliyev avropalılarla görüşlərində tez-tez belə bir fikir səsləndirir: ”Yalnız boru xətlərinin deyil, həm də enerji mənbələrinin diversifikasiyasına ehtiyac var". Əslində bu cümlə Rusiyaya aiddir. Çünki Rusiya müxtəlif boru xətləri ilə Avropaya qaz ötürür. Bu isə Avropa üçün mənbənin diversifikasiyası demək deyil. Əliyev isə Azərbaycan qazının Avropa üçün məhz enerji mənbəyinin diversifikasiyası anlamına gəldiyini bildirir. Kreml enerji bazarında rəqibləri sevmir, Avropanın Rusiya qazından asılı olmasını istəyir. Azərbaycan isə öz qazını yaxın gələcəkdə TAP və TANAP boru xətləri ilə Avropaya çatdırmaqla Rusiyanın bu monopoliyasına zərbə endirəcək".


“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə görə, geridə qalan aylar ilk növbədə böhranla yadda qalıb: “Böhran hakimiyyətin gözlədiyindən daha tez başladı. Onsuz da o, hiss olunurdu, ancaq gözəçarpan şəkildə Mərkəzi Bankın qərarından sonra birdən-birə manatın devalvasiyası ilə özünü göstərdi. Bunu heç kəs, hətta məncə, prezidentin özü də gözləmirdi. O mənada ki, 10 yanvarda prezident vurğuladı ki, 2015 sınaq ilidir, amma dedi vəziyyət nəzarətdədir. Hətta xarici investorlara müraciətlə onları öz pullarını Azərbaycan banklarında manatla saxlamağa çağırdı. Ancaq 27 yanvarda birdən-birə vəziyyət dəyişdi və o, artıq tamam başqa fikir söylədi. Bu iki ay onu göstərdi ki, biz ağır dönəmə qədəm qoymuşuq”.

M.Əliyev ABŞ diplomatı V.Nulandın Bakı səfərini və Azərbaycan-Amerika müştərək komissiyasının yaradılmasını da mühüm hadisə sayır: “Həmçinin mənim əvvəlcədən dediyim kimi, islahatlar gözlənilir. Bu istiqamətdə də komissiya fəaliyyət göstərəcək. İqtidar-müxalifət dialoqunu da xatırlatmaq olar. Mövcud vəziyyət ölkədə islahatların daha çevik şəkildə həyata keçirilməsi və tezləşdirilməsi məsələsini ortaya gətirir”.

Deputat Fəzail Ağamalı geridə qalan iki ayın yekunlarını dəyərləndirərkən birmənalı fikir söyləməyin çətin olduğunu vurğuladı: “Azərbaycan dünyanın bir parçasıdır və bu mərhələdə onun sərhədlərindən kənarda, xüsusilə də Rusiyada, Ukraynada gedən çox ciddi proseslər özünün daha gərgin mərhələsinə qədəm qoydu. Əlbəttə, bütün bunlar heç şübhəsiz ki, Azərbaycana da təsirini göstərdi. Ölkə prezidenti yanvar ayında baş vermiş hadisələrin gedişini təhlil edərək cəmiyyətimiz üçün müəyyən mesajlar verdi. Lakin doğrusu, hadisələrin gedişi göstərdi ki, Azərbaycan cəmiyyəti buna hazır deyildi. Əslində ölkə prezidentinin mövqeyindən sonra Mərkəzi Bank maariflənmə işi aparmalı, cəmiyyətə daha aydın, insanların başa düşəcəyi dildə izahat verməli idi”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar