Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib


Dövlət başçısının təbrikində deyilir: 

“Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.

Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin. Bayramınız mübarək olsun!".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar