Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Maroş Şevçoviç və heyəti ilə görüşdü



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu dedi.

Ölkəmizlə enerji sahəsində əməkdaşlığın önəmini qeyd edən Maroş Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən qərarın strateji əhəmiyyət daşıdığını dedi. 

Maroş Şevçoviçi Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edən dövlətimizin başçısı qısa müddət sonra onun Azərbaycana səfər etməsini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizlə Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirdi. 

Avropa Komissiyasının və Avropa İttifaqı Şurası prezidentlərinin Azərbaycana səfərlərinə toxunan dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli səfərlərin önəmini qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqı arasında artıq çərçivə Sazişinin və enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi ilə bağlı çoxlu işlər görüldüyünü vurğuladı. Bu layihəni əməkdaşlığın yeni formatı kimi dəyərləndirən Prezident İlham Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli əlaqələndirmənin olmasının vacibliyini qeyd etdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar