Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Türkiyə Konstitusiya Məhkəməsinin sədrini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


İkitərəfli münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən dövlət başçısı Azərbaycan ilə Türkiyənin müttəfiq, dost və qardaş ölkələr olduğunu deyib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində də inkişaf etdiyini vurğulayan dövlət başçısı Z.Arslanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mühüm məsələlərin müzakirə ediləcəyini və bu sahədə əməkdaşlığımızın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfə verəcəyini bildirib. Bu yaxınlarda Türkiyəyə səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev Dünya Humanitar Sammitinin ilk dəfə İstanbulda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi sahəsində də daha da inkişaf etdirilməsinin önəmini qeyd edib.

Azərbaycana son dəfə 2010-cu ildə səfər etdiyini və ötən dövr ərzində Bakının tamamilə dəyişdiyini, yeni bir şəhərə çevrildiyini vurğulayan Z. Arslan əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Z. Arslan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin məhkəmə və hüquq sistemi sahəsində də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar