Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev təbrik məktubu ünvanladı



Bu gün Bakıda Çanaqqala savaşından bəhs edən “Son məktub” filminin təqdimat mərasimi keçirilib


Tədbir çərçivəsində, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.
 
Məktubda deyilir: "Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət - Türkiyə və Azərbaycanın timsalında gerçəkliyə çevrilib. Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli kömək göstərir. İqtisadi-siyasi, mədəni əlaqələrimiz durmadan genişləndirilir. Hər iki ölkə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın, sülh və təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi əsaslı şəkildə dəyişmiş, vaxtilə Çanaqqala savaşında üz-üzə dayanan dövlətlər eyni dəyərləri bölüşərək dinc şəraitdə yaşayıb, yeni əməkdaşlıq yoluna qədəm qoyublar. Bununla belə təəssüf ki, regionumuzda barışa, əmin-amanlığa, xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaranışına yönəlmiş təhdidlər hələ də qalmaqdadır. Belə şəraitdə keçmişdən ibrət dərsi götürmək, geosiyasi qarşıdurmaların, müharibələrin, milli və dini ədavətin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə dönmədən riayət olunması zəruridir. Tarixi yaddaşın möhkəmləndirilməsi və vətənpərvərlik ideyalarının aşılanması əhəmiyyətli olduğu üçün ümumbəşəri dəyərlərin və mədəniyyətlər arası dialoqun təşviqi də indiki nəsillərin qarşısında duran mühüm vəzifələrdən biridir. İnanıram ki, təqdim olunan bu film, həm də nəcib amalların reallaşmasına xidmət göstərəcək. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edir, yaradıcı heyətə yeni-yeni uğurlar arzulayıram" .

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar