Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadava bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib
Təbrikdə deyilir:
"Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram". (azərtac)
pia.az