Azərbaycan Prezidenti İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib
PİA.AZ AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, muzeyin direktoru Nailə Vəlixanlının sözlərinə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilib.
Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.