Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevdən görüş öncəsi önəmli açıqlamalar


Azərbaycan prezidenti Parisə Qarabağ məsələsində prinsipial və sərt mövqe ilə gedir; rusiyalı politoloq: “Moskva çətin ki, məsələdə Azərbaycanı açıq şəkildə qıcıqlandıran addımlar atsın...”


Zahid Oruc: “Ədalətsiz sülh müqaviləsi növbəti Qarabağ müharibəsi deməkdir”

AzərbaycanErmənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünün gələn ay, dekabrın 1-də, Fransanın paytaxtı Parisdə reallaşacağı yönündə informasiyalar ciddiləşib. Bildirilir ki, prezidentlər həmin tarixdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransı çərçivəsində bir araya gələ bilərlər. 

O da qeyd edilir ki, görüşdə hər hansı yeni təklif yox, atəşkəs rejiminə təhlükələr diqqət mərkəzində olacaq. Paris toplantısına ATƏT-in Minsk Qrupunun digər iki ölkəsinin - ABŞRusiyanın prezidentləri - Barak Obama və Vladimir Putinin də qatılacağı gözlənilir.

Bu arada Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 1 in.am erməni saytına müsahibəsində iki ölkə başçısının qarşıdakı görüşü ilə bağlı sualları cavablandırıb. Musavat.com-un məlumatına görə, səfir ümid etdiyini bildirib ki, “AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşü sülh nizamlanması prosesində dönüş olmaqla, yaxın bir ildə ölkə başçıları arasında dialoqa yeni stimul verəcək”.  

Səfir həmçinin ümid etdiyini bildirib ki, dekabr ayı ərzində reallaşacaq görüşdə prezidentlər gərginliyin zəiflədilməsi və təmas xəttində qurbanların qarşısının alınması, həmçinin “nizamlanmaya aid elemenləri” müzakirə edəcəklər. Onun sözlərinə görə, “Dağlıq Qarabağ münaqişəsi zonasında ən böyük maneə AzərbaycanErmənistan rəhbərliklərində siyasi iradənin olmamasıdır”.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi komitəsində məruzəçi Robert Uolterin hesabatı əsasında Dağlıq Qarabağa dair az öncə qəbul edilən məlum qərara münasibət bildirən diplomat münaqişə tərəflərinin Minsk Qrupu formatını dəstəklədiyini yada salıb və əlavə edib: “Lakin biz başqa beynəlxalq qurumlara Qarabağa dair mövqe bildirməyi yasaqlaya bilmərik”. 

Yəni faktiki surətdə məsələyə yanaşmada sərgilədiyi əvvəlki ermənipərəst mövqeyindən geri çəkilib ki, bu da Azərbaycanın xeyrinə müsbət gəlişmə hesab oluna bilər. Xatırladaq ki, Uorlik digər beynəlxalq strukturlara Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqe bildirərkən “Minsk Qrupu həmsədrləri ilə məsləhətləşməyi” tövsiyə eləmişdi ki, bu da problemin uğursuz bir qurum tərəfindən inhisara alınmasına cəhd təəssüratı yaratmışdı. 

Halbuki Azərbaycan tərəfi Minsk Qrupunun səmərəsiz fəaliyyət göstərdiyini dəfələrlə və açıq şəkildə bəyan edib. Başqa sözlə, rəsmi Bakının Qarabağ probleminin həlində heç bir irəliləyişə nail ola bilməyən belə bir formata sonsuzadək sadiq qalacağı illüziyadan savayı bir şey deyil. Prezidentlərin nəticə verməyən saysız-hesabsız təmasları bu ehtimalı artırır ki, azaltmır. 

***
Xatırladaq ki, İlham Əliyev və Serj Sərkisyan arasında birbaşa görüş sonuncu dəfə ötən il oktyabrın 27-də, yenə Parisdə olub. Budəfəki fasilə (bir ildən artıq) rekord göstərici hesab edilir və eyni zamanda münaqişə zonasında situasiyanın ağırlaşdığının əlaməti, Minsk Qrupu həmsədrlərinin dişsiz fəaliyyətinin göstəricisi sayılır. 

 


Böyük fasilənin əsas səbəblərindən biri də Azərbaycan tərəfinin nəticəsiz, görüş xətrinə görüşlərə maraq göstərməməsi ilə bağlıdır. Bu mövqeyi ölkə başçısı son olaraq parlamentin yeni tərkibinin ilk toplantısında elədiyi çıxışında növbəti dəfə nümayiş etdirib. 

Prezident deyib: “Ermənistan münaqişənin dinc yolla nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul edib. Ermənistan torpaqlarımızda yaradılmış süni dövlətdir. Bunu bütün dünya bilməlidir. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”. 

Ölkə başçısı həmçinin Minsk Qrupunun fəaliyyətinin hələlik səmərə vermədiyinə diqqət çəkib: “Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir”.




***

Belə bir mövqenin məhz Paris təması ərəfəsi səslənməsi xüsusi önəm daşıyır və rəsmi Bakının birbaşa görüşlərə hansı prizmadan baxdığını, Parisə nə ilə getdiyini ortaya qoyur. 
  
Azərbaycan Ermənistan rəhbərliyi ilə görüşlərə kəskin və ciddi real mövqelərlə gedir”. Bu barədə prezidenti İlham Əliyevin V çağırış Milli Məclisin ilk iclasındakı nitqini şərh edərkən deputat Zahid bildirib (axar.az). Deputat ölkə başçısının Qarabağ məsələsi üzərində xüsusi dayandığını qeyd edib: “Siyasi diplomatik səylər və hərbi vasitələrin daha da gücləndirilməsi ön plandadır. Çünki hazırkı şəraitdə regional proseslər elə cərəyan edir ki, sadəcə, sülh danışıqları və siyasi nizamlama vasitələri ilə prosesin uğurlu nəticəsinə ümid etmək mümkün deyil. Başqa tərəfdən isə danışıqlara xeyli müddətdir fasilə verilib. Çünki Azərbaycan Minsk Qrupu həmsədrləri tərəfindən irəliyə sürülmüş sənədlərin Qarabağ probleminin real həll üsulu olmadığını görür. Eyni zamanda həmsədrlər arasında ciddi qarşıdurma yaşanır və konfrontasiya mövcuddur. Hətta vaxtilə Fransa və ABŞ Rusiyaya qarşı idisə, indi əksinədir. Fransa və Rusiya arasında son terror olaylarından sonra yaxınlaşma var. Deməli, bunun Qarabağ proseslərinə də təsiri olacaq”.




Deputat prezidentin son çıxışını Dağlıq Qarabağla bağlı bundan sonra atılacaq addımların mühüm təlimatı kimi qiymətləndirib: “Dövlət başçısı formatın dəyişdirilməsinin asan olmadığını, lakin regional və beynəlxalq şəraiti dəyişdirmək üçün mühüm addımların atıldığını qeyd etdi. Bu addımlardan biri Ermənistana qarşı daha kəskin hərbi zərbələr endirməkdir. Çünki Ermənistan tərəfi yalnız bu yolla danışıqlarda müəyyən mənada maraqlı olur. İkincisi, təkcə Minsk Qrupu formatında qalmamaq, ATƏT-in digər təsisatlarında, AŞPA, AB-də Ermənistan əleyhinə siyasi qərarların qəbulu Azərbaycan diplomatiyasının əsas xəttini təşkil edir. Bu zaman təbii ki, qarşı tərəf müxtəlif kompleks tədbirlər həyata keçirməyə çalışır. Bu baş vermədikdə isə Bakıya gələn diplomatların sayı artır. Azərbaycan səngərdəki gərgin durumu həzm etməyib, ermənilərə qarşı ciddi addımlar atan kimi sanki bunun başqa bir səngərdə hərəkətlənməsi isə siyasi diplomatik cinahda baş verir. Prezident İlham Əliyev Ermənistan rəhbərliyi ilə görüşlərə kəskin və ciddi real mövqelərlə gedir. Heç bir halda rayonlarla bağlı məsələdə güzəştə gedilməyəcək. Ədalətsiz sülh müqaviləsi növbəti Qarabağ müharibəsi deməkdir. Çünki Azərbaycanın ziyanına hansısa bir prosesi beynəlxalq güclərin əli ilə reallaşdırmaq da hələ son nəticə deyil. Bu o deməkdir ki, daha ağır nəticələr ola bilər”.

***    
Prezidentlərin növbəti görüşü həm də region və onun ətrafında vəziyyətin daha da gərginləşdiyi dönəmə təsadüf edir ki, bu da sözsüz ki, Dağlıq Qarabağa dair istənilən sülh təşəbbüsünün nəticəsinə təsir göstərmək gücündədir. Söhbət ilk növbədə Suriyada Rusiyanın apardığı hərbi əməliyyatlar və bu kontekstdə son günlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən gedir. 

Bəzi iddialara görə, bu fonda şimal qonşumuz üçün Güney Qafqazın, konkret olaraq, Qarabağ münaqişəsi zonasının hərbi önəmi artıb. Hətta Moskvanın bu zonada terrorla mübarizə adı altında hərbi vertolyotlar yerləşdirə biləcəyi barədə ehtimallar səslənib. Lakin fərqli düşünən analitiklər də var.        
   
“Çətin ki, Rusiya vertolyot hissələri Dağlıq Qarabağın ərazisində yerləşdirilsin. Bununla Rusiya yeni Azərbaycan-erməni konfliktinə cəlb olunma riskinə getmiş olardı”. Bu barədə rusiyalı politoloq, beynəlxalq siyasət üzrə ekspert Mixail Neyjmakov rusdilli vesti.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyaya vasitəçi olmaq daha sərfəlidir, nəinki münaqişədə açıq şəkildə tərəf olmaq.

Rusiyanın Suriyada hərbi əməliyyatı Kremlin məhz Bakı ilə konfliktə girməməsi üçün əlavə motiv verir. Xəzər dənizindən Rusiya raketlərinin atılması Moskvanın az qala ən effektli güc nümayişi olub” - vurğulayıb ekspert. 

O, bu xüsusda Rusiyanın Xəzər akvatoriyasından hücumları davam etdirmək əzmində olmasına da diqqət yönəldərək əlavə edib: “Ancaq bundan ötrü Rusiyaya xəzəryanı dövlətlərlə münaqişələr lazım deyil. Moskva çətin ki, indi Azərbaycanı açıq şəkildə qıcıqlandıran addımlar atsın. Suriyada əməliyyatların davam eləməsi buna əlavə zəmanətdir”.

Lakin bütün hallarda o da faktdır ki, Rusiya üçün hələ ki Qarabağ münaqişəsinin dondurulmuş şəkildə qalması daha məqbuldur. Prezidentlərin növbəti görüşünün nəticəsinə ciddi təsir edən amillərdən biri və hətta birincisi də elə budur.(musavat.com)

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar