Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin 6 maddəlik Türkiyə səfəri


“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfərini şərh edən məqalə hazırlayıb


Həmin yazını təqdim edirik: 

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirakla bağlı idi. 

Bu səfərə ehtiyac var idi. Çünki iki ölkənin liderlərinin sonuncu görüşündən sonra Azərbaycan-Türkiyə münasibətlərində bir neçə aktual məsələ var idi ki, onlar barədə müzakirə aparılmalıydı. 

Birincisi, bu Bakı-Tbilisi-Qars layihəsidir. Bu layihənin icrası gecikir. Dəmiryolunun tikintisi Azərbaycan və Gürcüstanda başa çatıb, gecikməyə səbəb Türkiyədə işlərin ləngiməsidir. Rəsmi Bakı isə bu layihəni qısa müddətdə istifadəyə verməyə çalışır. Çünki, layihə işə düşdükdən sonra Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq. Digər tərəfdən Bakı yaxınlığında - Ələtdə tikilən dəniz limanı vasitəsilə Çin və Mərkəzi Asiya malları Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən Avropaya daşınacaq. Həmçinin, Azərbaycan bu layihə vasitəsilə Ermənistanın blokadasını gücləndirmək və bu ölkəyə qarşı təzyiqi artırmaq imkanı qazanacaq. 

Buna görə də Əlivev Ərdoğanla Bakı-Tbilsi-Qars məsələsini müzakirə etmək istəyirdi. İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla birgə mətbuat konfransında belə bir ifadə işlətdi: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi strateji əhəmiyyətə malikdir və əminəm ki, bu layihə vaxtlı-vaxtında icra ediləcək”. Bu Bakının Ankaraya növbəti mesajıdır ki, Türkiyə tərəfi tikintini sürətləndirsin. Ərdoğanın cavabı isə belə oldu ki, ilin sonuna qədər dəmir yolu hazır olacaq. Halbuki, rəsmi Bakı layihəni ilin başlanğıcında istifadəyə verməyə çalışırdı. 

İkincisi, Türkiyə bu il G-20 sammitinə ev sahibliyi edəcək. Ankara ev sahibliyi statusundan istifadə edərək bu tədbirə Azərbaycan prezidentini də dəvət edəcək. Bu dəvət Ankarada İlham Əliyevin diqqətinə şəxsən çatdırıldı. İlham Əliyevin G-20 zirvəsinə dəvəti həm Türkiyə-Azərbaycan strateji münasibətlərinin keyfiyyətindən xəbər verir, həm də Azərbaycan prezidenti üçün vacib bildiyi məsələləri böyük dövlətlərin liderlərinin diqqətinə çatdırmaq üçün şərait yaradır. 

Üçüncüsü, Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasındakı iqtisadi hədəfləri bir daha təsdiq etdilər: a) Türkiyə şirkətləri Azərbaycanda 10 milyard dollar həcmində layihələr icra edirlər; b) İki ölkə arasında ticarət dövriyyəsinin həcmi indiki 5 milyard ABŞ dolları təşkil edirsə, 2023-cü ildə bu rəqəm 25 milyard dollara çatdırılacaq; v) 2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq.

Dördüncüsü, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənir. İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla qapalı müzakirədə böyük ehtimalla hərbi əməkdaşlığın 2015-ci ildə də genişləndirilməsi planını müzakirə edib. Azərbaycan Türkiyədən xeyli silah alır və bu proses genişlənəcək. 2014-cü ildə Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər keçirildi və bu təlimlər bir neçə gün davam etdi. Birgə təlimlər 2015-ci ildə də davam edəcək. Digər tərəfdən iki ölkənin müdafiə sənayesi məshullarının birgə istehsalı artacaq. 

Beşincisi, Ankarada imzalanan sənədlər arasında bir protokol diqqəti çəkdi. Bu çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsindəki əməkdaşlıq protokolu idi. Bu protokol iki səbəbdən vacibdir. Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriyaİraqa gedib terrorçulara qoşulmaları haqqında məlumatlar rəsmi Bakını narahat edir. Azərbaycan hakimiyyət bu cür vətəndaşlar haqqında Türkiyədən dəqiq məlumatlar almaq istəyir. Protokolda Ankaranın da marağı var idi. Çünki, Ərdoğan Fətullah Gülən qrupu ilə mübarizəni davam etdirir. Bu mübarizədə Ərdoğan Əliyevdən dəstək gözləyir. Çünki, Gülən tərəfdarları hələ də Azərbaycanda güclüdürlər və Azərbaycanda böyük maliyyələri var. Türkiyə hökuməti isə bu pulları imzalanan protokola görə, “çirkli pul” sayır və deməli bununla mübarizə aparılmalıdır. Ankara gözləyir ki, Bakı Gülən tərəfdarları ilə mübarizəni genişləndirəcək və onların maliyyə imkanlarını məhdudlaşdıracaq. 

Altıncısı, Ərdoğan Əliyevi əmin etdi ki, Ankaranın Ermənistanla bağlı siyasəti dəyişməyib. Çünki, İlham Əliyevin Ankaraya səfərinə qədər Bakı ehtiyat edirdi ki, Ankara erməni lobbisinin təzyiqini neytrallaşdırmaq üçün aprel ayına qədər Ermənistanla diplomatik münasibətləri bərpa edə bilər. Əksinə, aprel ayında İlham Əliyev yenidən Türkiyədə səfər edəcək və Ərdoğanla birgə “Çanaqqala savaşı”nın yüzilliyində iştirak edəcək. Bu isə bir daha göstərir ki, Ərdoğanın Ermənistan siyasətində dəyişiklik yoxdur.(qafqazinfo) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar