Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin mesajı - Mirşahinin şərhi - Video


Bu həftə MDB dövlət başçılarının məncə, əhəmiyyətsiz bir toplantısı da oldu


Ona görə də sammit barədə çox danışmaq istəmirəm. Çünki bu, sıravi bir müşavirə idi və Putinin piarına hesablanmışdı ki, bu da alınmadı.

Mənim müşahidəmə görə, Rusiya MDB üzvlərini bura sanki Ukrayna prezidentini pisləmək üçün toplamışdı. Baş tutmadı. Əvvəla, Ukrayna bu tədbirə öz yerini göstərə bilmişdi. Bura Ukraynanın Belarusdakı səfirini göndərməklə.

Belə olan halda artıq fiziki olaraq Poroşenkonun üzünə söyülməsi alınmır.

İkincisi, dövlətlər kifayət qədər ağıllı və müdrik rəhbərlərə malikdir. Məsələn, Azərbaycan prezidenti İlham Əliyevin soyuqqanlı və məntiqli çıxışını yada salaq. O, problemin heç adını da çəkmədi, sadəcə dedi ki, Avropa və Yaxın Şərqdə baş verənlər artıq bizi narahat edir. Bu diplomatik özünü və sözünü ifadənin arxasında əslində hər şey var idi.

Prezidentlər müdrik tərpəndilər. Bircə itigözlü İslam Kərimovdan başqa. O, Putinin istədiyini etdi. Amma bu da Putinin dost axtarışı üçün kifayət etmədi. Məlum oldu ki, nəinki yeni dost yoxdur, hətta düşmən də ocaq başındadır.

Məsələn, Vladimir Putin az qaldı Moldovanın prezidenti ilə əməlli-başlı dalaşsın. Özü də nəyin üstündə? Rusiyanın lideri Moldovaya replika atdı. Moldova isə cavab verdi ki, onun bəzi əmtəə nişanlarına qadağa qoyulub. Prezident Rusiyaya Moldovanı MDB-nin açıq bazarından çıxarmağa məcbur etməyi irad tutdu.

Hər iki prezidentin davranışından, getdikcə qızışan emosiyalardan anlaşılırdı ki, bu, qətiyyən dövlətlərarası danışıqlar deyi. Rusiya dava-dava deyirdi…

63 yaşlı kişi üçün o qədər də uyğun olmayan vəziyyət. Cüdoçu olanda nə olar?!

MDB-nin vəziyyəti isə mənə bu gün ölümcül xəstənin halətinin xatırladır. Sanki can verən xəstənin yanına gəlib ürək-dirək verirdilər. Yəni əslində hamı bilir ki, xəstə öləcək, amma bununla belə ona təskinlik verirlər. Məsələn, qorxma, a kişi, nə ölüm-ölüm salmısan, biz səninlə hələ balıq tutmağa gedəcəyik...

Doğrusunu isə artıq həm balıq bilir, həm də xaliq. Bir zamanlar balıq sayılan, həmişə özündən böyük balığın iştahının tərkib hissəsi kimi qorxu içində yaşayan Azərbaycan isə artıq bu gün özü böyük balığa çevrilir.

Dövlət başçısının ilin 9 ayına həsr olunmuş toplantısında İlham Əliyev məhz buna işarə verirdi. Biz böyük balığıq və bizim də yeyə biləcəyimiz balaca balıqlar var.

Prezidenti İlham Əliyev: “Cənub qaz dəhlizinin təməli qoyuldu, artıq tikintisi başlamışdır. Bu, böyük və tarixi bir hadisədir. Bir də demək istəyirəm ki, növbəti onilliklər ərzində, ən azı 100 il ərzində Azərbaycana böyük xeyir gətirəcək layihədir. Və bəlkə də bu gün o faydanın tam həcmi hələ ki, o qədər də bizim üçün aydın deyil. Çünki biz Bakı-Tiflis-Çeyhan neft kəmərini tikintisinə başlayanda da əlbəttə ki, buna layihə kimi baxırdıq. Görün nə qədər böyük dəyişikliyə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi. Bizim maliyyə imkanlarımız artdı. Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq.

Daxildə tam şəkildə iqtisadi və enerji təhlükəsizliyimizi təmin etmişik. Ona görə Cənub qaz dəhlizinin inşası zamanı və nəticəsində hələ də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumatlar da verilmışdir. Və bu layihə bizə imkan verəcək ki, maksimum dərəcədə öz resurlarımızı biz dünya bazarlarına çıxaraq. Çünki hal-hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır.

Ancaq o ölkələrin sayı arta bilər. Yəni bu layihə çox böyük imkanlar açır. Və əlbəttə ki, Azərbaycanı çox önəmli ölkə kimi bir daha təsdiqləyir. Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Eyni zamanda demişəm ki, Azərbaycan bu gün bölgədə elə bir böyük rol oynayır ki, bizim maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu layihə bizim önəmimizi daha da artıracaq və Azərbaycan güclənəcək, öz təsir imkanlarını genişləndirəcəkdir”.(anspress)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar