Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevlə Lukaşenko birgə bəyannamə imzaladı - Fotolar


Azərbaycan və Belarus prezidentləri arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub


Azərbaycan prezidenti ilə Belarus prezidentinin Birgə Bəyannaməsini Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko imzalayıblar.

Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus baş nazirinin müavini Vladimir Semaşko imzalayıb.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzalayıb.

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzalayıb.

Sənədlərin imzalanmasından sonra A.Lukaşenkonun fərmanı ilə Y.Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif edilblər.

*   *   *14:00

Azərbaycan Belarusla bütün istiqamətlərdəki əməkdaşlıqda müsbət dinamika görür.

Belta.by saytının verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyət yoxdur. Bütün istiqamətlərdə çox müsbət dinamika və nəticələr görürük” - deyə İ.Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, yüksək iqtisadi inkişaf yolunda olan Belarusda sosial rifahın təmin olunması ilə bağlı məsələlər fəal şəkildə həll edilir: “İndi heç bir dövlət üçün asan zəmanə deyil, lakin buna baxmayaraq, Belarus inkişafda müsbət dinamikanı saxlayır və ölkədə ictimai-siyasi stabilliyi təmin edir. Belarus iqtisadi böhran meyllərinə ən az məruz qalan dövlətlərdəndir”.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından Belarusa yeni nailiyyətlər arzulayıb və gələn il Aleksandr Lukaşenkonu Bakıda qəbul etməkdən məmnun olacağını söyləyib: "Hər səfər münasibətlərimizin strateji xarakterinin daha bir nümunəsidir. Biz dost kimi sizin uğurlarınıza həmişə sevinəcəyik".

Azərbaycan hər zaman Belarusa güvənə bilər” - bunu isə Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevlə keçirdiyi görüşdə bildirib.

Çətin vaxtlarda Azərbaycanın göstərdiyi dəstəyi xatırladıqlarını deyən Belarus prezidenti yardıma görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib.

A.Lukaşenko Azərbaycan və onun xalqına hər zaman yüksəklərdə olmağı, qarşılaşdığı çətinlikləri dəf etməyi arzulayıb: "Bilin ki, burda sizin dostlarınız var”.

Belarus prezidenti qeyd edib ki, iqtisadiyyatda çətin vaxtlar yaşanmasına baxmayaraq, iki dövlət ticarət dövriyyəsini eyni səviyyədə saxlayıb: “Biz münasibətlər üçün yaxşı təməl yaratmışıq”.

A.Lukaşenko onu da əlavə edib ki, Belarus və Azərbaycan arasında hər hansı gərginlik və qapalı mövzu yoxdur: "Kimincə xoşuna gəlmirsə, bu, onların problemidir".

O, Azərbaycan prezidentini özünün və Belarus xalqının dostu adlandırıb.(virtual.org)





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar