Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyev hansı səbəbdən həbs edildi?


Tanınmış tele-aparıcı İlham Mirzəyevin həsb xəbərini hələlik rəsmi qurumlar təsdiqləməsə də, onun saxlanıldığı barədə artıq yaxınları mediaya məlumat veriblər. Elə bu məlumat da növbəti sual doğurur: İlham Mirzəyev niyə həbs edilib?


İlham Mirzəyevin Prezident Administrasiyasının orqanı olan “Xalq qəzeti” ilə konflikdə olması, hətta “Xalq qəzeti”ni və ordakı jurnalistləri “kimdənsə pul alaraq ona qarşı yazı yazmaqda” suçlaması, üstəlik, məhkəmə ilə hədələməsi təsadüfi deyildi. 
 
“Xalq qəzeti” bir araşdırma ilə İlham Mirzəyevin təkcə sahibi olduğu “İlhaMed” klinikasında pasientlərin aldadıldığını, fırıldaqçılıq edildiyini bildirməklə bərabər, tele-aparıcının yüksək məbləğ müqabilində falçılıq etdiyi də iddia olunur. Ancaq əlbəttə ki. İlham Mirzəyev üçün daha ciddi arqument onun Beynəlxalq Universitetin keçmiş rektoru, qalmaqallı Elşad Abdullayevin 2005-ci ildəki seçki kampaniyasında yer alması ilə bağlıdır.
 
Dünən isə İlham Mirzəyevi narahat edən və onun məhkəmə təhdidləri ilə müşayiət olunan araşdırma yazılarının müaəəlifi İttifaq Mirzəbəyli öz Feysbuk səhifəsində olduqca əhəmiyyətli status paylaşıb:
 
“Dünən internet resurslarından xəbər gəldi ki, İlham Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. İndi həmin məsələnin detalları araşdırılır. Detal isə çox pis şeydir. İraq olsun...”
Məhz bu statusdan sonra araşdırma yekunlaşır və İlham Mirzəyevin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs xəbəri yayılır.
 
İ.Mirzəbəylinin işarə etdiyi siyasi şəxslər barədə az sonra məlumat yerləşdiriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar